Banner

Başı telefona qarışan qadın azyaşlıyla qəzadan son anda xilas oldu - ANBAAN VİDEO

Hadisə 9 Dekabr 2024 15:30 Oxunub 3366
Başı telefona qarışan qadın azyaşlıyla  qəzadan son anda xilas oldu  - ANBAAN VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Paytaxtın Nəsimi rayonu Vaqif prospektində qayda pozan piyada son anda qəzadan xilas olub.

Avtosfer.az-ın məlumatına görə, hadisə bir neçə gün əvvəl səhər saatlarında qeydə alınıb. Görüntüdən də aydın olduğu kimi, başı telefona qarışan qadın azyaşlı övladı ilə qaçaraq yolu keçir. Belə ki, o, nizamlanan piyada keçidindən istifadə etsə də, işıqfora əhəmiyyət vermir və yaşıl işıqda hərəkət edir. Nəticədə məsuliyyətsiz piyada həm öz həyatını, həm övladını, həm də sürücüləri təhlükəyə atır. Xoşbəxtlikdən sürücülər anidən yola qaçan qadını görərək ehtiyatlı davranırlar. 

Nərmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh