“Baykar” şirkətinin rəhbərinə qarşı təxribatının qarşısı alındı - VİDEO

Ukrayna Müdafiə Nazirliyinin kəşfiyyatı Rusiyanın Türkiyənin “Baykar Defence” şirkətinin baş direktoru Haluk Bayraktara qarşı təxribatının qarşısını alıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə Baş Kəşfiyyat İdarəsinin mətbuat xidməti məlumat yayıb.
“Ruslar məşhur “Bayraktar” pilotsuz təyyarələrini istehsal edən “Baykar Defence” şirkətinin qurucularından biri Haluk Bayraktarla əlaqə saxlamağa çalışıb. Söhbət Ukraynanın baş naziri Denis Şmıqalın adından aparılıb, onun video görüntüsü əslində "deepfake" texnologiyasından istifadə edilməklə yaradılıb. Düzdür, rusların Haluk bəylə gözlənilən söhbət əvəzinə, heç də az olmayan saxta “Baykar şirkətinin katibi” ilə danışmaq “bəxti gətirib”, xəbərdə deyilir.Kəşfiyyat rəsmiləri deyirlər ki, rusiyalı əməliyyatçılar zəng zamanı bir neçə dəfə özlərini ifşa ediblər.
Söhbətin sonunda rusiyalı əməliyyatçılara ifşa olunduqları və cavabdehlik daşıyacaqları barədə məlumat verilib”, - məlumatda deyilir.
Qanunsuz lizinq, yüksək faiz - "Avto Kredit" qanunları necə pozur? - FOTOLAR
Sarayda minik avtomobili yandı
Bu görüntülərdəki hər kəs öldü – VİDEO
Üç yaşlı uşağın barmaqları dəmir qapı arasında qaldı - VİDEO
İsrail qaynaqları: "Xəmneyinin cəsədi müəyyən olunub" - SON ANDA
Tehrana güclü raket zərbəsi; maşınlar havaya uçdu - VİDEO
Huşsuz vəziyyətdə olan sürücü yanan avtomobildən belə xilas edildi – ANBAAN VİDEO
Tələbələrin fotolarını yayan şəxsin barəsində cinayət işi başlanıldı - VİDEO
Azərbaycanda gün ərzində ikinci zəlzələ - FOTO
Bakıda görünməmiş hadisə: Yeni səki salınması NARAZILIĞA SƏBƏB OLDU - VİDEO
Bakıda gecə yarısı kabus: Qadın hərəkətdə olan maşının üzərinə getdi - VİDEO











