Bazardüzündə sıldırımdan yıxılan alpinist belə xilas edildi - VİDEO

Quba rayonu ərazisində Böyük Qafqaz dağlarının Bazardüzü zirvəsi istiqamətində bir nəfər alpinist sıldırımdan yıxılaraq xəsarətlərlə köməksiz və təhlükəli vəziyyətdə qalıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin peşəkar alpinist-xilasedicilərdən ibarət qrupu hadisə yerinə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, 2000-ci il təvəllüdlü Cəfərov Altay Aqşin oğlunun Böyük Qafqaz dağlarının Bazardüzü zirvəsi istiqamətində dəniz səviyyəsindən təxminən 3500-3800 metr yüksəklikdə sıldırımdan yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri aldığı və həyati təhlükəli vəziyyətdə qaldığı müəyyən edilib.
Xüsusi Riskli Xilasetmə Xidmətinin alpinist qrupu tərəfindən həyata keçirilən operativ xilasetmə tədbirləri sayəsində təhlükəli vəziyyətdə qalan A.Cəfərov yerində ilkin yardım göstərilməklə, çətin keçidli dağlıq ərazidən təxliyə edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO












