"BazarStore” vətəndaşları aldadır; əsl qiyməti endirimli qiymət kimi təqdim edir – İDDİA - VİDEO

Sosial şəbəkələrdə yayılan görüntülər cəmiyyətdə böyük rezonans doğurub. Görüntülərdə ölkədəki iri supermarketlərdən birindəki endirim kampaniyalarının əslində vətəndaşları manipulysiya edən vasitəsi olduğu aydın şəkildə bilinir.
Avtosfer.az xəbər verir ki, vətəndaşların iddiasına görə, bir çox iri marketlərdə məhsulların qiymət etiketlərində “endirim” adı altında alıcılar aldadılır.
Paylaşılan videolarda görünür ki, məhsulun üzərinə “endirimli qiymət” yazılmış yeni etiket yapışdırılır. Amma həmin kağızı qaldıranda məlum olur ki, altında göstərilən məbləğ endirimli yox, əslində məhsulun öz real qiymətidir. Başqa sözlə, əvvəlcə şişirdilmiş qiymət iri hərflərlə yazılır, sonra isə guya endirim olunmuş yeni qiymət təqdim olunur. Vətəndaşlar isə bunu açıq-aşkar aldatma üsulu kimi qiymətləndirirlər.
İstifadəçilər sosial şəbəkələrdə yazırlar ki, belə hiylələr alıcıların etimadını sarsıdır və alış-veriş zamanı insanlarda psixoloji təsir yaradır. Onlar videonun “BazarStore”da çəkildiyini iddi edir və bu marketlər şəbəkəsinin belə oyunlarının tez-tez baş verdiyini qeyd edirlər. Onların fikrincə, “saxta endirim”lər həm rəqabəti pozur, həm də istehlakçıların hüquqlarını kobud şəkildə tapdalayır.
Mütəxəssislər də hesab edir ki, bu cür halların qanunvericiliyə zidd olduğu aydındır. İstehlakçı hüquqlarının qorunması ilə bağlı normalar belə hallara qarşı inzibati məsuliyyət nəzərdə tutur.
Vətəndaşlar isə aidiyyəti dövlət qurumlarını məsələyə diqqət yetirməyə və marketlərdə qiymət siyasətinə daha ciddi nəzarət etməyə çağırırlar.
Fidan
Qəbələdə avtomobil piyadanı vuraraq öldürdü
Şəmkirdə ana və oğlu döyülüb, avtomobillərinə ziyan vurulub
Polkovnik-leytenant haqda YENİ QƏRAR
Bakıda tanınmış fotoqrafa məxsus QARAJ YANDI - VİDEO - YENİLƏNİB
Yol kənarında əmisi oğlunu döydü - Məhkəmədə üzr istədi
Moskva-Bakı reysi ilə uçan təyyarə qəza enişi edib
Bayram tonqalına atılan benzin partlayışa səbəb oldu - 11 yaralı var - VİDEO
Bayram günü telefon dükanına girib oğurluq etdi – DİN-dən AÇIQLAMA - VİDEO
Polis əməliyyat keçirdi - 41 nəfər saxlanıldı
Neftçalada 15 və 17 yaşlı iki qardaşın faciəli şəkildə ölümünün TƏFƏRRÜATI - VİDEO
Ağır qəzada həlak olan qardaşların - FOTOLARI










