Bakıda DƏHŞƏTLİ OLAY: Ata 5 yaşlı qızına işgəncə verdi, sonra...

Bakının Xəzər rayonunda kişi 5 yaşlı qızına işgəncə verməkdə ittiham olunur.
Avtosfer.azTeleqraf.com-a istinadən bildirir ki, hadisə rayonun Qala qəsəbəsi, "Xaşaxuna" bağlar massivində baş verib.
İttihama görə, Nadir (adlar şərti verilib - red.) 2018-ci il təvəllüdlü qızı Nərminəyə yaşadıqları evdə dəfələrlə işgəncə verib. O, sonuncu dəfə isə 2022-ci ilin yanvarın əvəllərində Nərminənin ölümündən təxminən 2 həftə öncə onu mütəmadi olaraq döyüb, ona qarşı digər zorakı hərəkətlər edib.
Cinayət işinin materiallarına görə, Nadir azyaşlı qızını dəfələrlə çimdikləyib, siqareti bədəninin müxtəlif nahiyələrinə basıb.
Daha sonra boynuna uzatma kabeli dolayaraq həmin kabeli də tavana bağlayıb, boğucu hərəkətlər edib.
İstintaq orqanı tərəfindən Nadirin barəsində Cinayət Məcəlləsinin 133.2.4-cü (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı işgəncə vermə) və 133.2.6-cı (işgəncə vermək) maddələri ilə ittiham elan edilib.
Cinayət işi baxılması üçün Xəzər rayon Məhkəməsinə göndərilib. İş hakim Hüseyn Hüseynlinin icraatına verilib.
Məhkəmənin hazırlıq iclası mərhələsində dövlət ittihamçısı vəsatətlə çıxış edib. O bildirib ki, təqsirləndirilən şəxsin hərəkətlərində Cinayət Məcəlləsinin 152.1-ci (On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsinin tərkib əlamətlərinin olması müəyyən edilib. Dövlət ittihamçısı ona Cinayət Məcəlləsinin həmin maddəsi ilə ittiham irəli sürülməsi məsələsinə baxılması üçün cinayət işinin baxılmasına xitam verilməsi və iş materiallarının ibtidai araşdırmaya prosessual rəhbərlik edən prokurora qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib.
Dövlət ittihamçısının sözlərinə görə, Nadir 2002-ci il təvəllüdlü Samirə ilə ailə həyatı qurub və intim əlaqədə olan zaman onun yetkinlik yaşına çatmadığı müəyyən edilib.
Məhkəmə dövlət ittihamçısının vəsatətini təmin edib. Nadirin barəsində olan cinayət işinin baxılmasına xitam verilib və ona əlavə ittiham elan olunması üçün iş materalları ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılıb.
Məhkəmə həmçinin Nadirin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətini 25 dekabr 2022-ci ilədək uzadılması barədə qərar qəbul edib.
77 yaşlı kişini maşın vurub ÖLDÜRDÜ
Cəlilabadda əmisinin baltaladığı uşaqlardan biri öldü - YENİLƏNİB
Bakıda "Mercedes" yandı
Sürücülərin "qaranlıq imtahanı": Magistral yolda işıqlar niyə söndürülüb? - VİDEO
Müğənni tikinti şirkətinin rəhbəri tərəfindən dələduzluğa məruz qalıbmış - DİN-dən AÇIQLAMA
Xaçmazda yük maşını piyadanı vuraraq öldürdü
Qızıl almaq istədiyini deyib soyğunçuluq edən şəxs saxlanıldı - VİDEO
Azərbaycanlı saxta sürücülük vəsiqəsi ilə tutuldu - 448 manat cərimələndi
Avtobusun önündən qəfil yola çıxan piyada son anda ölümdən döndü - REAL VİDEO
Anasından küsüb itən Səid atasına təhvil verildi - Anası danışdı - VİDEO
Nizami rayonunda qəza riski: "Yolda müvafiq nişanın olmaması təhlükə yaradır" - VİDEO











