Belə yanğın sizin də başınıza gələ bilər - DİQQƏT

Hadisə 14 Avqust 2023 15:29 Oxunub 498
Belə yanğın sizin də başınıza gələ bilər - DİQQƏT
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bir neçə gündür dünya mediası ABŞ-də parkinqdə alışmış elektromoil barədə yazır. 

Avtosfer.az-ın xəbərinə görə, hadisə Kaliforniyada baş verib. Yanğınsönsdürənlər maşını çox çətinliklə söndürə biliblər. 

Məlum olub ki, avtomobil suya düşdüyü üçün təmiri qadağan edilib və 2 aydır xüsusi parkinqdə utilizasiya növbəsi gözləyirmiş. Yanğın baş verən anda parkinqdə açıq alov mənbəyi olmayıb. 

Ekspertlərin fikrincə, daşqında qalmış avtomobilin hansısa detalına indi su sirayət edib və qısaqapanma nəticəsində yanğın baş verib. 

Qeyd edək ki, bu tip avtomobillərin ABŞ-də təmiri və istismarı qadağan olduğundfan onlar ya utilizasiya edilir, ya da ucuz qiymətə başqa ölkəyə satılır. Bunun da fəsadını qeyri-amerikalılar çəkir. Belə maşınların Azərbaycana gəlib çıxması da istisna deyil. 

Bu situasiyadan çıxış edərək deyə bilərik ki, oxşar hadisə ölkəmizdə də hər an təkrarlana bilər.

Vüqar

ŞƏRH YAZ
Ad

E-mail

Şərh