Bələdiyyə qarşısında bıçaqlanaraq öldürüldü - FOTO

Dünən axşam saatlarında Abşeron rayonunun Fatmayı kəndində qətl törədilib.
Avtosfer.az xəbər verir ki, Mehdiabad qəsəbə sakini 1973-cü il təvəllüdlü Həşimov İftixar Nizami oğlu Fatmayı bələdiyyəsinin qarşısında çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirilib.
Hadisəni törətməkdə şübhəli bilinən Fatmayı sakini Kənan Məmmədov saxlanılıb.
Den.az-ın məlumatına görə, İ.Həşimov dünən oğlu ilə birgə Fatmayıya gedib və burada bir qrup yerli sakinlə münaqişə baş verib. Bu zaman İ.Həşimov avtomobillə K. Məmmədovun maşınını vurub. Kənan da bıçaqla 52 yaşlı kişiyə hücum edib.
Hadisə zamanı Kənan Məmmədovun idarə etdiyi “Chevrolet Cobalt” markalı avtomobil tamamilə yanaraq yararsız hala düşüb. Maşının aldığı zərbənin təsirindən alovlanması və ya K.Məmmədov tərəfindən qəsdən yandırılması hələlik məlum deyil.
Qeyd edək ki, İftixar Həşimovun böyük oğlu Fərid Həşimov ötən ilin 1 iyun tarixində 23 yaşında yol qəzasına düşərək dostu ilə birgə həlak olub.
Xarab olan avtomobilin sürətlər qutusunu yolun ortasında sökdü; sıxlıq yarandı - VİDEO
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO
Bakıda məktəbdə hadisə: ÖLƏN VAR - YENİLƏNİB












