Bələdiyyə üzvü seçildiyi üçün Qəbələdə qonaqlıq verdi - Hesabı ödəməyib qaçdı

Ağcabədidə kəndlərin birində bələdiyyə üzvü seçilən şəxs Qəbələ şəhərində qalmaqala səbəb olub.
Avtosfer.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, Elşad Məmmədov (şərti) Ağcəbədinin kəndlərinin birinin bələdiyyə üzvü seçildiyi üçün iki dostuna Qəbələdəki restoranların birində qonaqlıq verib.
Dostlar yeyib-içdikdən sonra 225 manat hesab gəlib. Elşad Məmmədov üzərlərində o qədər pul olmadığı üçün hesabı bir neçə gün sonra ödəmək üçün restoran rəhbərliyindən vaxt istəyib. Amma restoran sahibi pulu tələb etdiyi üçün aralarında mübahisə yaranıb.
Elşad Məmmədov dostları ilə birgə restorandan qaçıb. Restoran sahibinin şikayəti əsasında isə saxlanılıb.
Ona İnzibati Xətalar Məcəlləsinin 510 maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib. Məhkəmədə məlum olub ki, Elşad Məmmədov dostları ilə birgə sərxoş olduğundan sözügedən hadisəni törədib.
O, məhkəmənin qərarı ilə 50 manat cərimə edilib.
Xarab olan avtomobilin sürətlər qutusunu yolun ortasında sökdü; sıxlıq yarandı - VİDEO
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO
Bakıda məktəbdə hadisə: ÖLƏN VAR - YENİLƏNİB












