Bələdiyyələrin yol verdiyi 21 qanun pozuntusu üzrə cinayət işi başlanıb

Keçən il bələdiyyələrin yol verdiyi 21 qanun pozuntusu üzrə cinayət işi başlanıb.
Avtosfer.az xəbər verir ki, bununla bağlı Milli Məclisin Regional məsələlər komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi"də öz əksini tapıb.
Məruzəyə əsasən keçən il:
- Daşkəsən rayonu Çanaqçı bələdiyyəsinin sabiq vəzifəli şəxsləri tərəfindən kollegiallıq prinsiplərinə əməl edilmədən bələdiyyə mülkiyyətinə aid torpaq sahələrinin ayrılması barədə saxta qərarlar tərtib edilməsi faktı üzrə Baş Prokurorun yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı maddələri ilə cinayət işi başlanıb;
- Daşkəsən rayonu Çovdar bələdiyyəsinin sədri tərəfindən yerli büdcə vəsaitlərinin mənimsənilməsi və bələdiyyə əmlaklarının israf edilməsi faktı üzrə Baş Prokurorluqda Cinayət Məcəlləsinin mənimsəmə və ya israf etmə, o cümlədən vəzifə saxtakarlığı maddələri ilə cinayət işi başlanıb;
- Neftçala rayonu Xolqarabucaq bələdiyyəsinin sədri Q.Qəfərovun qanunsuz hərəkətləri faktı üzrə Neftçala rayon prokurorluğunda Cinayət Məcəlləsinin səhlənkarlıq maddəsi ilə cinayət işi başlanıb;
- Ağsu rayonu İlxıçı bələdiyyəsinin 2020-2023-cü illər üzrə fəaliyyətinin yoxlanılması nəticəsində bələdiyyənin vergi müfəttişinin bələdiyyə mülkiyyətinə aid torpaq sahələrinin icarə haqlarını nağd qaydada yığaraq yerli büdcəyə ödəməməsi faktı üzrə Ağsu rayon prokurorluğunda Cinayət Məcəlləsinin mənimsəmə və ya israf etmə maddəsi ilə cinayət işi başlanıb;
- Göygöl rayonu Toğanalı bələdiyyəsinin sədri tərəfindən bələdiyyənin adından iclas protokolları tərtib edilərək yerli (bələdiyyə) büdcə vəsaitlərinin xərclənməsinə və torpaq sahələrinin ayrılmasına dair təkbaşına qərarlar verilməsi faktı üzrə Göygöl rayon prokurorluğunda Cinayət Məcəlləsinin vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı maddələri ilə cinayət işi başlanıb;
- Cəlilabad rayonu Ağdaş bələdiyyəsinin 2018-2023-cü illər və 2024-cü ilin 5 ayı üzrə fəaliyyətinin yoxlanılması nəticəsində bələdiyyə əmlakının israf edilməsi faktı üzrə Cəlilabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı maddələri ilə cinayət işi başlanıb;
- Saatlı rayonu Mircəlal bələdiyyəsinin 2020-2023-cü illər üzrə fəaliyyətinin yoxlanılması nəticəsində yerli büdcə vəsaitlərinin mənimsənilməsi və bələdiyyə əmlakının israf edilməsi faktı üzrə Baş Prokurorluqda Cinayət Məcəlləsinin mənimsəmə və ya israf etmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı maddələri ilə cinayət işi başlanıb;
- Astara rayonu Şahağacı bələdiyyəsinin 2018-2023-cü illər və 2024-cü ilin 6 ayı üzrə fəaliyyətinin yoxlanılması nəticəsində bələdiyyə iclasında qərar qəbul edilmədən hərrac və ya müsabiqədən kənar qaydada bələdiyyə mülkiyyətinə aid tor-paq sahəsinin real dəyərindən aşağı qiymətə icarəyə ayrılması faktı üzrə Astara rayon prokurorluğunda Cinayət Məcəlləsinin dələduzluq və vəzifə səlahiyyətlərini aşma maddələri ilə cinayət işi başlanıb.
Sənəddə həmçinin vurğulanıb ki, Saatlı rayonu Nabatkənd, Göygöl rayonu Çaykənd, Cəlilabad rayonu Cəlilabad, Şəmkir rayonu Qılıncbəyli, Ağcabədi rayonu Ağcabədi, İsmayıllı rayonu Qalagah və s. bələdiyyələrin vəzifəli şəxslərinin fəaliyyəti barəsində toplanmış sənədlər hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə istintaq orqanlarına göndərilib.
Məruzəyə əsasən, son 5 il ərzində 158 bələdiyyənin (2020-ci ildə 23; 2021-ci ildə 27; 2022-ci ildə 27; 2023-cü ildə 30 və 2024-cü ildə - 51) fəaliyyətində cinayət əlamətləri aşkar edildiyindən toplanmış sənədlər hüquqi qiymət verilməsi üçün istintaq orqanlarına göndərilib.
Qeyd edək ki, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti Ədliyyə Nazirliyi həyata keçirir.
Avtobusda 9500 manat tapıb mənimsəyən şəxs saxlanıldı - Pul sahibinə qaytarıldı - VİDEO
Aşınmış və işıqlandırılmayan bu küçə sürücülərə təhlükə yaradır - VİDEO
Rusiyaya zərbələr qlobal inflyasiya riski yaradır
Bakıda nasaz avtobus qəza şəraiti yaratdı, sürücü sərnişinləri təhqir etdi - VİDEO
Paytaxtda yanacaqdaşıyan maşın ALOVLANDI - VİDEO
Bakıda yenə avtobus yandı - VİDEO
Arzum xəstəxanada 21 dəqiqə qalıb - Maşını aeroportdan götürülüb - FOTO - VİDEO
Bu yolda hərəkət işgəncəyə çevrilib: Qazılan hissə bir ildir bərpa olunmur - VİDEO
Paytaxtda maşından meyit tapılıb
Bakıda avtobus sürücüsünün ani diqqətsizliyi faciəyə səbəb olacaqdı - ANBAAN VİDEO
İşıqlandırılmayan yolda dayanan sərxoş piyada təhlükə yaratdı - VİDEO










