Bərdə-Yevlax yolunda sahibsiz itləri kim zəhərləyib? - DİN-dən AÇIQLAMA

Hadisə 20 Sentyabr 2024 21:09 Oxunub 324
Bərdə-Yevlax yolunda sahibsiz itləri kim zəhərləyib? - DİN-dən AÇIQLAMA
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bərdə-Yevlax yolunda sahibsiz itlərin zəhərlənərək öldürülməsi ilə bağlı dəhşətli görüntülər yayılıb. Sosial şəbəkələrdə yer alan videoda sözügedən ərazidə yerləşən Qarabağ kafesinin qarşısında itlərə zəhər verildiyi iddia olunur. 

Avtosfer.az xəbər verir ki, məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı Bizim.Media-ya açıqlamasında hadisə barədə məlumatlı olduqlarını deyib:

“Məsələ hazırda polis tərəfindən araşdırılır. Araşdlrmanın nəticısi barədə ictimaiyyətə məlumat veriləcək”.

Yevlax Rayon İcra Hakimiyyətindən isə saytımıza bildirilib ki, onlara bununla bağlı hər hansı məlumat daxil olmayıb.

Qurumdan rayon ərazisində sahibsiz itlərlə bağlı hansı tədbirlərin görülməsi haqqında suala isə cavab verilməyib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh