Bərdədə 15 yaşlı qızla evlənən gənc həbs edildi

Bərdədə 15 yaşlı qızla evlənən şəxs həbs edilib.
Avtosfer.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, rayondakı 588 saylı qəsəbədə yaşayan Ağdam rayonundan məcburi köçkün olan 23 yaşlı Nihad Məmmədli (şərti) barəsindəki cinayət işinə Bərdə Rayon Məhkəməsində baxılıb.
Bildirilib ki, Nihad 2024-cü ildə 2009-cu il təvəllüdlü Züleyxa (şərti) ilə ailə qurub. Həmin tarixdə onların Bərdədəki “Qızıl Tac” şadlıq evində toyu keçirilib və yetkinlik yaşına çatmayan qız oğlanın evinə köçərək birgə ər-arvad kimi yaşamağa başlayıblar.
Polis tərəfindən faktın üstü açılandan sonra Nihada Cinayət Məcəlləsinin 152-ci (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) maddəsi ilə iş açılıb.
Nihad ifadəsində bildirib ki, onlar sevərək ailə qurublar və gələcəkdə də birgə yaşayacaqlar. Yeniyetmə qız da Nihadı sevdiyini və ailəsinin dağılmasını istəmədiyini bildirib.
Barəsində cinayət işi açılan oğlan həmçinin qeyd edib ki, Züleyxanın valideyni onu əvvəllər qeyri-qanuni əməyə cəlb edib və hazırda da ondan ayıraraq kafedə yanında işlətmək istəyir.
Bərdə Rayon Məhkəməsinin bir neçə gün əvvəl çıxardığı hökmlə 23 yaşlı Nihada 1 il həbs cəzası verilib. O, məhkəmə zalındaca qandallanıb.
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO
Bakıda məktəbdə hadisə: ÖLƏN VAR - YENİLƏNİB
Özünü maşınların önünə atan qadın az qala vurulacaqdı - VİDEO












