Bərdədə qadın qaynı tərəfindən qətlə yetirildi - YENİLƏNİB

Hadisə 5 Avqust 2024 12:07 Oxunub 130
Bərdədə qadın qaynı tərəfindən qətlə yetirildi   - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bərdədə baş verən qətlin bəzi detalları məlum olub.

Avtosfer.az xəbər verir ki, qətli törətməkdə təqsirləndirilən Azər Rəşid oğlu İbrahimov epilepsiya xəstəsi olub.

Qardaşı ilə bir yerdə yaşayan A.İbrahimov xəstəliyi ilə əlaqədar olaraq evdə mütəmadi narahatlıq yaradırmış. Bu gün səhər ailə münaqişəsi zəminində baş verən mübahisə zamanı qardaşı arvadına balta ilə xəsarət yetirərək öldürüb.

Azər İbrahimov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb, faktla bağlı Bərdə Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

(report)

***

09:33

Avqustun 5-də səhər saatlarında Bərdə rayonu Kələntərli kəndində 1991-ci təvəllüdlü İbrahimova Sədaqət Rauf qızının kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Avtosfer.az-a verilən məlumata görə cinayət əməlini törətməkdə şübhəli bilinən, qadının qayını 1995-ci il təvəllüdlü İbrahimov Azər Rəşid oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb.

İlkin məlumata görə hadisə ailə münaqişəsi zəminində baş verib.

Araşdırma aparılır.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh