Bərdədə altı uşaq xəstəxanalıq oldu: Araşdırma başladıldı - RƏSMİ

Hadisə 17 İyun 2024 15:55 Oxunub 252
Bərdədə altı uşaq xəstəxanalıq oldu: Araşdırma başladıldı - RƏSMİ
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bərdə rayonunda altı azyaşlının qidadan zəhərlənməsi ilə bağlı araşdırmalara başlanıb.

Avtosfer.az xəbər verir ki, bu məlumat Oxu.Az-ın sorğusuna cavab olaraq Qida Təhlükəsizliyi Agentliyindən verilib.

Məlumatda qeyd olunub ki, baş vermiş hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək.

***

14:16

Bərdə rayonunda 6 azyaşlı qidadan zəhərlənib.

Avtosfer.az xəbər verir ki, hadisə iyunun 17-si saat 01 radələrində rayonun Zümürxan kəndində baş verib.

2015-ci il təvəllüdlü A.Paşayeva, onun 6 və 8 yaşlı bacıları, 2 yaşlı qardaşı H.Paşayev, eləcə də onlara qonaq gəlmiş 2018-ci il təvəllüdlü M.Əhmədova və 2021-ci il təvəllüdlü X.Hüseynli qidadan zəhərlənmə ilə xəstəxanaya gətirilib.

Azyaşlılardan H.Paşayev və M.Əhmədovanın vəziyyəti orta-ağır qiymətləndirilir. Digərlərinə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Faktla bağlı araşdırma aparılır.

(qafqazinfo)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh