Beş nəfərin sonunu gətirən 8 rəqəmi - VİDEO

Ağstafa rayonunun Qırılı kəndində bir ailənin faciəli taleyi bütün kəndi dərindən sarsıdıb. Belə ki, eyni ailədən bir il ərzində 5 nəfərin ölməsi özü-özlüyündə təəssüf doğursa da, onların ölüm tarixinin hər ayın 8-i olması bu faciəni daha da hüznlü edib.
Avtosfer.az xəbər verir ki, ilk olaraq 2024-cü ilin avqust ayının 8-də ailə ilk itki ilə qarşılaşıb. 2022-cü il təvəllüdlü G.İsmayılzadə qıcolma səbəbindən həyatını itirib.
Ardınca həmin ilin sentyabr ayının 8-də 1965-ci il təvəllüdlü Füzuli İsmayılov və onun həyat yoldaşı, 1967-ci il təvəllüdlü Xatirə İsmayılova üzüm yığarkən hasar aşıb və onlar daşın altında qalaraq ölüblər.
Bundan sonra ailənin digər nəvəsi, 2024-cü il təvəllüdlü N.İsmaylıova bu il iyun ayının 8-də valideynləri tərəfindən ağır vəziyyətdə Ağstafa Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Müayinə zamanı azyaşlının öldüyü məlum olub. Körpənin ölüm səbəbi məlum deyil.
Bu gün isə, yəni iyul ayının 8-də sözügedən azyaşlıların anası Şəhanə İsmayılova pilləkəndən yıxılaraq dünyasını dəyişib.
Təəssüf ki, bu 5 nəfər - fərqli aylarda olsa da, ayın 8-i günü dünyasını dəyişib.


Siqaret qaçaqmalçılığı cinayəti - Kapitan həbsdə qaldı
Türkiyədə antinarkotik əməliyyatı: Hande Erçel və ... - ADLAR
Azərbaycanlı biznesmenin hər şeyi müsadirə olundu: şirkət, evlər, maşınlar
Avtomobil nömrələrini oğurlayıb satan şəxslər ələ keçdi - VİDEO
Qəbələdə avtomobil piyadanı vuraraq öldürdü
Şəmkirdə ana və oğlu döyülüb, avtomobillərinə ziyan vurulub
Polkovnik-leytenant haqda YENİ QƏRAR
Bakıda tanınmış fotoqrafa məxsus QARAJ YANDI - VİDEO - YENİLƏNİB
Yol kənarında əmisi oğlunu döydü - Məhkəmədə üzr istədi
Moskva-Bakı reysi ilə uçan təyyarə qəza enişi edib
Bayram tonqalına atılan benzin partlayışa səbəb oldu - 11 yaralı var - VİDEO










