
Beton maşını yoldan çıxıb aşdı: Əraziyə beton yayıldı - VİDEO
Hadisə
11 May 2025 12:25
Oxunub 526

Beton yolunda yerləşən "Akkord" zavodunun qarşısında ağır yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az xəbər verir ki, beton qarışdıran yük maşınının sürücüsü idarəetməni itirib və nəticədə nəqliyyat vasitəsi yolun ayırıcı səddinin üzərinə aşıb.
Hadisə nəticəsində maşında olan beton ətrafa dağılıb. Qəzada xəsarət alan olmasa da hadisə yerində ciddi nəqliyyat sıxlığı yaranıb.
Eltac Zülfüqaroğlu
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR