"Bəy Mamed"in həyəti niyə hasarladığı üzə çıxdı - FOTOLAR

Səbail rayonu Əhəd Yaqubov küçəsi 17-də yerləşən "Ulubəy" MTK inşa etdiyi "Yeni Şəhər" yaşayış kompleksinin hasarlanan həyətinin parka çevrilməsinə qərar verib.
Avtosfer.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, yüzlərlə ailənin yaşadığı kompleksin həyətində hasarlanmış ərazidə tezliklə "Zəfər parkı"nın istifadəyə veriləcəyi barədə elanlar yerləşdirilib.
Bildirilib ki, MTK-nın sahibi, "Bəy Mamed" adı ilə tanınan iş adamı Məmməd İsmayılov ərazini özününküləşdirmək fikrindən daşınaraq oranın sakinlərin istifadəsinə qaytarılmasına qərar verib.
Vətəndaşlar bildiriblər ki, hazırda həyətin hasarları olduğu kimi qalır. Bu isə sakinlərin rahat gediş-gəlişini pozmaqla yanaşı, uşaq arabalarının, velosipedlərin hərəkətinə də mane olur.
Bundan başqa, binanın 1-ci mərtəbəsində yerləşən "Mavi dəniz" restoranından yüksələn səs-küyün 3-4 gün kəsildiyi, lakin sonradan bərpa edildiyi, liftlərin quraşdırılmaması, su çəninin təmizlənməməsi, əhaliyə aid ərazinin şlaqbaumla məhdudlaşdırılması, restoranın havalandırma sistemindən xoşagəlməz qoxunun yayılması və digər problemlərin hələ də qaldığı vurğulanıb.






Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO
Bakıda məktəbdə hadisə: ÖLƏN VAR - YENİLƏNİB
Özünü maşınların önünə atan qadın az qala vurulacaqdı - VİDEO
Xırdalanda iki həftədir düzəlməyən işıqfor qəza riski yaradır - VİDEO












