Beyləqanda körpə doğuşdan sonra öldü - YENİLƏNİB

Beyləqan rayonunda yeni doğulan körpə dəqiqləşdirilməmiş tənəffüs çatışmamazlığı səbəbindən ölüb.
Avtosfer.az xəbər verir ki, bu barədə report-un sorğusuna cavab olaraq Beyləqan Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.
Bildirilib ki, hamiləliyinin 39-cu həftəsində olan pasiyentdə təbii doğuş prosesi icra edilib. Körpənin çəkisi 4100 qr, boyu 53 sm. olub. Doğuşdan sonra yenidoğulmuşa dəqiqləşdirilməmiş tənəffüs çatışmamazlığı diaqnozu təyin olunub. Aparılan reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq fevralın 9-da saat 12:00 radələrində yenidoğulmuşun bioloji ölüm faktı qeydə alınıb.
Hadisə ilə əlaqəli Beyləqan Rayon Prokurorluğunda araşdırma aparılır.
***10:48
Beyləqanda doğuşdan sonra körpə ölümü qeydə alınıb.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, rayonun Birinci Şahsevən kənd sakini 1996-cı il təvəllüdlü Ülviyyə Musa qızı Əliyeva 39 həftəlik hamiləlik sanıcısı ilə Beyləqan Rayon Mərkəzi Xəstəxanasına daxil olub.
Doğuş prosesi normal keçsə də, körpə (oğlan) sonradan ölüb.
Faktla bağlı araşdırma aparılır.
Gəncədə qətlə yetirilən şəxs DİREKTOR MÜAVİNİ İMİŞ: Oğlu saxlanıldı - FOTO - YENİLƏNİB
Gəncədə avtomobil keçiddən keçən orta yaşlı kişini vurdu - VİDEO
Səs-küylü cinayət işi Ali Məhkəmədə - Bakıda TIR-larla yolu kəsən şirkət rəhbəri ilə bağlı QƏRAR
Cəriməni ödəyə bilməyən sürücü qoyun oğurladı - Məhkəmə ağır cəza verdi
Bu gənc qızla-oğlanı polis axtarır – SƏBƏB
Azərbaycanda tanınmış cərrah əməliyyatı qüsurlu icra etdi: 32 min ödəyəcək
Xətaidə gecə ilə peyda olan DAHA BİR OBYEKT - FOTO
Bakı metrosunda HƏYƏCANLI ANLAR - YENİLƏNİB
Polis məşhur tiktoker Solmazı söyüşə görə həbs etdi - FOTO
Oğurlanan avtomobil nömrələri bərpa olunmur? - Qanun nə deyir? - VİDEO
Şəmkirdə "Prado"da meyit tapıldı










