
Beyləqanın kəndlərində həyətyanı sahələri su basdı - VİDEO - FOTO
Hadisə
1 Oktyabr 2023 18:24
Oxunub 428

Beyləqan rayonunun Əhmədli və Aşağı Çəmənli kəndlərində bəzi fərdi yaşayış evləri və həyətyanı sahələrin subasıb.
Bu barədə Avtosfer.az-a FHN-dən məlumat verilib.
Bildirilib ki, məlumatla əlaqədar nazirliyin müvafiq olaraq Qarabağ Regional Mərkəzi və Dövlət Yanğından Mühafizə Xidmətinin Beyləqan Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri çağırış üzrə cəlb olunub.
Nazirliyin qüvvələri tərəfindən su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması və digər zəruri təhlükəsizlik tədbirləri həyata keçirilir.



ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR