Bıçaqla sürücüyə hücum edən şəxsin üzünə yanğınsöndürən balon püskürdüldü - VİDEO

Türkiyənin İstanbul şəhərinin Ataşehir rayonunda yolda baş verən mübahisə hər kəsi təəccübləndirib.
Avtosfer.az xəbər verir ki, mübahisə zamanı bir sürücü, bıçaqla hədə-qorxu gələn digər sürücüyə avtomobilindəki yanğınsöndürən balon sıxaraq qarşısını kəsməyə çalışıb. Hadisə dünən səhər saatlarında, sıx hərəkət zonasında qeydə alınıb.
Məlumata görə, iki nəqliyyat vasitəsi sürücüsü yolayrıcıda bir-birlərinə yol verməkdən imtina etdikdən sonra kəskin mübahisəyə tutuşublar. Mübahisə gərginləşərək davam edib və bir sürücü əlində bıçaqla digərinə yaxınlaşıb. Bıçaqlı şəxs avtomobil pəncərəsindən rəqibinə hədə-qorxu gələn zaman, digər sürücü dərhal avtomobilindən yanğınsöndürən balonunu götürərək onu bıçaqlı şəxsin üzərinə sıxıb. Bununla da bıçaqlı şəxs geri çəkilərək öz avtomobilinə minib hadisə yerindən uzaqlaşıb.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
Eltac Zülfüqaroğlu
Cərimə balı, cərimələri sistemdən “silən” DƏLƏDUZ PEYDA OLUB
Üzr istəməyən dostunu öldürdü, qaçanda maşın vurdu - BAKIDA FİLM KİMİ CİNAYƏT
Sərxoş halda 102-yə zəng edib qiymətdən danışdı, həbs olundu
Polis əməliyyat keçirdi - 126 nəfər saxlanıldı
Bakıda yük maşını təhlükə yaratdı - VİDEO
Şəhidlər məscidi yaxınlığında təhlükə: 20 gündür aşmış ağac götürülmür - FOTOLAR
FHN əməkdaşlarının hadisədən bir neçə dəqiqə əvvəl çəkilmiş görüntüsü - VİDEO
Çalışdığı avtoyuma məntəqəsindən maşın qaçıran şəxs saxlanıldı
FHN əməkdaşının öldüyü hadisə ilə bağlı rəsmi AÇIQLAMA - FOTO - YENİLƏNİB
Bakıda “Ford" yanıb - VİDEO
Hicab bağlayıb marketi talayan qaraçı qadınlar SAXLANILDI - VİDEO










