Banner

Biləsuvar gömrük postunda nə baş verir? - Naxçıvandan gələnlər saatlardır soyuqda gözləyir - FOTO - VİDEO - YENİLƏNİB

Hadisə 17 Dekabr 2025 14:48 Oxunub 286
Biləsuvar gömrük postunda nə baş verir? - Naxçıvandan gələnlər saatlardır soyuqda gözləyir - FOTO - VİDEO  - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Məsələ ilə bağlı Dövlət Gömrük Komitəsindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib“Gün ərzində “Biləsuvar” gömrük postundan keçməklə Naxçıvan-Bakı marşrutu ilə hərəkət edən 5 avtobusla ümumilikdə 200-dən çox sərnişin daşınır və onların gömrük nəzarəti optimal müddətdə həyata keçirilir.

Dekabrın 17-si sərnişinlərin idxal nəzarət xəttinə kütləvi şəkildə daxil olmaları, bəzi şəxslərin isə gətirdikləri mallara dair bəyannamələri vaxtında təqdim etməmələri gömrük nəzarəti tədbirlərinin qismən uzanmasına səbəb olub, qısa müddət ərzində həyata keçirilən tədbirlər nəticəsində vətəndaşların sürətli keçidi tam təmin edilib.

Dövlət Gömrük Komitəsi sərhədkeçmə və rəsmiləşdirilmə proseslərinin optimal vaxt ərzində həyata keçirilməsi üçün vətəndaşlara gömrük qanunvericiliyinə riayət  olunmasını tövsiyə edir”.

***10:53
Naxçıvan-Bakı avtobus xətti ilə gələn vətəndaşlarımız Biləsuvar gömrük postunda problemlə üzləşib.

Avtosfer.az xəbər verir ki, bu barədə məlumat baku.ws-in "qaynar xətti"nə daxil olub.

 

Biləsuvar gömrük postunda nə baş verir? - Naxçıvandan gələnlər saatlardır soyuqda gözləyir

 

Bildirilib ki, Naxçıvandan gələn sərnişinlər sübh tezdən - saat 04:27-dən indiyə qədər Biləsuvar gömrük postunda qalıb.

Havanın soyuq keçməsi onların işini daha da qəlizləşdirib. Açıq havada gözləyən vətəndaşlar saatlardır açıq havada qalıblar.

Şikayətçi bildirir ki, bu barədə onlara heç bir açıqlama verilməyib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh