Biləsuvarda ağır avtoqəza: Yaralananların son durumu AÇIQLANDI - YENİLƏNİB - FOTO

Hadisə 15 May 2024 13:43 Oxunub 414
Biləsuvarda ağır avtoqəza: Yaralananların son durumu AÇIQLANDI - YENİLƏNİB - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

“Biləsuvar rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan dörd nəfər Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub”.

Avtosfer.az xəbər verir ki, bu barədə məlumat Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilib.

Məlumatda qeyd olunub ki, bir nəfər (kişi cinsli) şəxsin həkiməqədər ölüm halı qeydə alınıb.

“15.05.2024-cü il tarixində saat 09:00-da Biləsuvar rayonunun Ağayrı kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan dörd nəfər (kişi cinsli) şəxs Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Onlardan 1996-ci il təvəllüdlü şəxsə alt çənənin sıyrılmış yarası, 1988-ci il təvəllüdlü şəxsə hipotenziya, qarının küt travması, dəqiqləşməmiş qarın boşluğu orqanının travması, 1969-cu il təvəllüdlü şəxsə sol dizin cırılmış yarası, başın, sol alın və gicgah nahiyəsinin cırılmış yaraları, 1961-ci il təvəllüdlü şəxsə sağ dirsək nahiyəsinin və sol dizin küt travması diaqnozları təyin edilib.

Xəsarət alan şəxslərdən bir nəfərin vəziyyəti ağır, üç nəfərin vəziyyəti isə stabil olaraq qiymətləndirilir.

Bir nəfər (kişi cinsli) şəxsin həkiməqədər ölüm halı qeydə alınıb”, - deyə məlumatda bildirilib.

11:46

Biləsuvar rayonunda baş verən yol qəzasında xəsarət alanların sayı dördə çatıb.

“Report”un Muğan bürosunun məlumatına görə, hazırda yaralılara rayon mərkəzi xəstəxanasında tibbi yardım göstərilir.

Qəza nəticəsində Biləsuvar rayon sakini, 1965-ci il təvəllüdlü Xaləddin Səmədov ölüb.

Bundan başqa, rayon sakinləri, 1996-ci il təvəllüdlü İlham İlham oğlu Gözəlbəyli, 1988-ci il təvəllüdlü Şahin Mehman oğlu Talıbov, 1969-cu il təvəllüdlü Azər Xanlar oğlu Həsənov və 1961-ci il təvəllüdlü Zülfüqar Bəyan oğlu Nuruyev yaralanıb.

Ölən və yaralıların yol istismar idarəsinin əməkdaşları olduqları bildirilir.

***

11:39

Biləsuvarda baş verən qəzada ölən və xəsarət alanların kimliyi məlum olub.

Avtosfer.az xəbər verir ki, qəza nəticəsində Yol istismarı idarəsinin əməkdaşı Xaləddin Səmədov ölüb. İdarənin dörd əməkdaşı - İlham Gözəlbəyli (1996), Şahin Talıbov (1988), Azər Həsənov (1969) və Zülfüqar Nuruyev (1961) müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Onlar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

***

10.07

Biləsuvarda yük maşını mikroavtobusla toqquşub.

Avtosfer.az xəbər verir ki, hadisə Biləsuvar - Bəhrəmtəpə yolunda, Biləsuvar rayonunun Ağayrı kəndində baş verib. Hərəkətdə olan "Mercedes" markalı yük maşını, Şahmar Mehtiyevin idarə etdiyi "Ford" markalı mikroavtobusa çırpılıb. Qəza nəticəsində yol istismar idarəsinə məxsus olan "Ford" markalı mikroavtobusda olan sərnişin, idarənin əməkdaşı ölüb. Mikroavtobusda olan 2 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Faktla bağlı araşdırma aparılır. (apa)

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh