Biləsuvarda avtomobilin vurduğu piyada xəstəxanada öldü - FOTO - YENİLƏNİB

Biləsuvarda baş verən qəzada ağır xəsarət alan piyada ölüb.
Avtosfer.az apa-ya istinadən xəbər verir ki, bir neçə gün bundan əvvəl Biləsuvar-Bəhrəmtəpə magistral yolunun Nəsimikənd kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsində ağır xəsarət alan piyada bu gün ölüb.
Belə ki, aprelin 7-də günorta saatlarında hərəkətdə olan “Mercedes” markalı mikroavtobusun sürücüsü, Bəydili kənd sakini Tofiq Əliyev qəfil yolun ortasına çıxan iribuynuzlu heyvandan yayınmağa çalışıb. Nəticədə nəqliyyat vasitəsini yolun sağ tərəfinə yönəldən sürücü, həmin an kənarda telefonla danışaraq hərəkət edən piyada 2005-ci il təvəllüdlü Rəşad Rauf oğlu Əkbərovu vurub.
Qəza nəticəsində ağır kəllə-beyin travması alan R.Əkbərov dərhal Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. O, bir neçə gün həkimlərin nəzarəti altında reanimasiya şöbəsində saxlanılıb.
Buna baxmayaraq R.Əkbərovun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
***
Biləsuvarda mikroavtobus piyadanı vurub.
Avtosfer.az apa-ya istinadən xəbər verir ki, hadisə Biləsuavar-Bəhrəmtəpə avtomol yolunda, Nəsimi kəndi ərazisində qeydə alınıb.
Biləsuvar rayonunun Bəydili kənd sakini Tofiq Əliyevin idarə etdiyi "Mercedes" markalı mikroavtobus kənd sakini 2005-ci il təvəllüdlü Rəşad Əkbərovu vurub. Müxtəlif dərəcəli xəsarətlər alan piyada sürücü tərəfindən xəstəxanaya çatdırılıb. O, reanimasiyaya yerləşdirilib.
Məlumata görə, R.Əkbərov bir neçə gün öncə hərbi xidmətdən geri dönüb.
Faktla bağlı araşdırma aparılır.

Şəkidə itlər kütləvi öldürüldü, ittiham olunan icranın nömrəsi də işləmir - VİDEO
Bakıda xanım vətəndaş sürücüləri çuxurdan görün necə qorudu - VİDEO
Zabratda bu küçə palçıq içindədir – Sakinlər əziyyət çəkir - VİDEO
Avtobusu gecikdirən şəxs sərnişinlə kobud danışdı: "Sən kimsən?" - VİDEO
Bakıda nənə və nəvəsini maşın vurdu - YENİLƏNİB
Zirzəmidə gizlədilən qızılları divarı dağıdaraq taladı - 4 il həbs cəzası verildi
Sərnişin üstündə dava hərəkətə maneə oldu - VİDEO
Ceyranbatanda yük maşını yolu keçən piyadanı vurdu - VİDEO
Xalçayuma xidməti adı ilə vətəndaşları aldadırmış - Bir anbar xalça aşkarlandı - VİDEO
Səkiylə yolu səhv salan gənc oğlan təhlükə yaratdı - VİDEO
Məhəmmədidə küləyin aşırdığı ağac avtomobili əzdi - VİDEO












