Biləsuvarda biabırçılıq - Qoşqunu traktor yox, dövlət qurumunun əməkdaşları çəkdi - VİDEO

Biləsuvar rayonunda bir qrup şəxsin traktor qoşqusunu qol gücü ilə çəkdiyini əks etdirən görüntülər yayılıb.
Avtosfer.az unikal-a istinadən xəbər verir ki, onların Biləsuvar rayon Mənzil Təmir İstismar İstehsalat sahəsinin əməkdaşları olduğu iddia edilib. Sosial şəbəkə istifadəçiləri bu görüntüləri tənqid edib.
Məsələ ilə bağlı Biləsuvar Rayon İcra Hakimiyyətindən bildirilib ki, sözügedən şəxslər həqiqətən də DOST xidmətinin Biləsuvar rayon Mənzil Təmir həsinə ayrılmış əməkdaşlarıdır:
"Video aylar əvvəl DOST xidmətinin Biləsuvar rayon Mənzil Təmir İstismar İstehsalat sahəsinə ayrılmış əməkdaşları tərəfindən traktorun qoşqunu saxlayaraq yanacaq götürmək üçün yanacaqdoldurma məntəqəsinə getdiyi zaman yaxınlıqda duran şəxs tərəfindən çəkilib. Videoda traktorun gəlməsini gözləməyən işçilərin qoşqunu itələyərək yolun kənarından çıxardıqları görüntülər yer alıb. Məsələ ilə bağlı Biləsuvar rayon Mənzil Təmir İstismar İstehsalat sahəsinin rəhbərliyinə iş zamanı işçilərin bu cür hallara yol verməməsinə və təhlükəsizlik qaydalarına daim riayət etmələrinə ciddi nəzarət etmələri tapşırılıb".
Cərimə balı, cərimələri sistemdən “silən” DƏLƏDUZ PEYDA OLUB
Üzr istəməyən dostunu öldürdü, qaçanda maşın vurdu - BAKIDA FİLM KİMİ CİNAYƏT
Sərxoş halda 102-yə zəng edib qiymətdən danışdı, həbs olundu
Polis əməliyyat keçirdi - 126 nəfər saxlanıldı
Bakıda yük maşını təhlükə yaratdı - VİDEO
Şəhidlər məscidi yaxınlığında təhlükə: 20 gündür aşmış ağac götürülmür - FOTOLAR
FHN əməkdaşlarının hadisədən bir neçə dəqiqə əvvəl çəkilmiş görüntüsü - VİDEO
Çalışdığı avtoyuma məntəqəsindən maşın qaçıran şəxs saxlanıldı
FHN əməkdaşının öldüyü hadisə ilə bağlı rəsmi AÇIQLAMA - FOTO - YENİLƏNİB
Bakıda “Ford" yanıb - VİDEO
Hicab bağlayıb marketi talayan qaraçı qadınlar SAXLANILDI - VİDEO









