Bina çökdü; 13 ölü, 84 yaralı

Tanzaniyanın ən böyük şəhəri Dar əs-Salamın mərkəzindəki Kariaku rayonunda yerləşən bazarda bina çöküb. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə ölkə prezidenti Samiya Suluhu Həsən videomüraciətində bildirib.
Məlumata görə, xilasedicilər binanın dağıntıları altından 13 nəfərin meyitini çıxarıb, eləcə də azı 84 nəfəri dağıntılar altından çıxarıb.
Dar əs-Salamın regional komissarı Albert Çalamil çökmüş binanın zirzəmisində hələ də insanların olduğunu bildirib. Onun sözlərinə görə, zirzəmidə qalan insanlar oksigen və su ilə təmin olunub.
“Onların vəziyyəti sabitdir və biz onların sağ-salamat xilas ediləcəyinə inanırıq”, - o əlavə edib.
Hələlik qəzanın səbəbləri məlum deyil, lakin şahidlərin sözlərinə görə, buna binanın yeraltı mərtəbələrinin genişləndirilməsi işləri səbəb olub. Qeyd olunur ki, ölkə prezidenti çökmənin səbəblərinin müəyyən edilməsi, həmçinin Baş nazir Kassim Macalivanın rəhbərliyi altında Kariakuda bütün binaların vəziyyətinin yoxlanılması barədə göstəriş verib.
Piyada məsuliyyətsizliyi faciəyə səbəb olacaqdı: Sürücü son anda qəzadan yayındı - VİDEO
Xarab olan avtomobilin sürətlər qutusunu yolun ortasında sökdü; sıxlıq yarandı - VİDEO
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO












