Bina və evlərin qarşısında bunu edənlər CƏZALANACAQLAR - Polisdən XƏBƏRDARLIQ - VİDEO

Bakıda və ərtaf rayonlarda binalar və fərdi evlərin qarşısına dəmir konstruksiyaların yerləşdirilməsinin şahidi oluruq.
Avtosfer.az xəbər verir ki, bu, həmin yerdə digər şəxslərin avtomobil saxlamasının qarşısını almaq məqsədi daşıyır.
Lakin dəmir konstruksiyanın quraşdırılması heç də ətrafdakı insanlar tərəfindən müsbət qarşılanmır. Bununla da vətəndaşlar arsında narazılıqlar yaranır.
Bəs, dəmir konstruksiayaların yerləşdirilməsi qanunla necə tənzimlənir? Bunun etməkdə vətəndaşlar qanuni pozurmu?
Məsələ ilə bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinə müraciət etdik. İdrənin bölmə rəisi, polis kapitanı Toğrul Nəsirli BAKU.WS-in sorğusuna cavab olaraq bildirdi ki, qeyd edilən məsələ Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 11-ci maddəsi ilə tənzimlənir:
"Yəni yolların hərəkət hissəsində sədlərin, şlaqbaumların qurulmasına və nəqliyyat vasitələrinin hərəkətinin başqa üsullarla kəsilməsinə, yaxud avtomobil yollarında nəqliyyat vasitələrinin və piyadaların hərəkətinə maneələr yaradılması yolverilməzdir.
Bunu qanunvericilikdə qeyd olunub və həmin şəxslər barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 354-cü maddəsinə əsasən fiziki şəxslər 80 manatdan 100 manatadək məbləğdə, vəzifəli şəxslər 400 manatdan 500 manatadək məbləğdə, hüquqi şəxslər isə 3 min manatdan 4 min manatadək məbləğdə cərimə nəzərdə tutulub".
Yolu kor-koranə keçən qadın qəzadan son anda xilas oldu - VİDEO
Prospektdə gənc oğlan skuterlə əks yola çıxıb təhlükə saçdı - VİDEO
Sürücüdən MƏSULİYYƏTSİZ ADDIM: Yola beton tökdü - ANBAAN VİDEO
Xaçmazda maşın piyadanı vuraraq ÖLDÜRDÜ
Xəzər dənizində ZƏLZƏLƏ oldu - FOTO
DTX Prezidentin ailəsini şantaj edən şəxsi saxladı - VİDEO
Yola baxmadan qaçan gənc az qala maşının altında qalacaqdı - ANBAAN VİDEO
Şəhərin mərkəzində “Mercedes” əks istiqamətdən gələn skuterlə toqquşdu - VİDEO
Bakıda hərəkətdə olan avtomobildə yanğın baş verdi - ANBAAN VİDEO
Azərbaycanda iş adamı faciəvi şəkildə öldü
Qanunsuz onlayn kazino oyunlarına qarşı əməliyyat - Saxlanılanlar var - VİDEO










