
Binada aparılan təmir işləri sakinlərin həyatını aylardır təhlükəyə atır - VİDEO
Hadisə
14 Fevral 2025 18:00
Oxunub 260

Paytaxtın Sabunçu rayonu, Oskar Əfəndiyev küçəsində yerləşən binada aparılan təmir-bərpa işləri sakinlərin həyatını təhlükəyə atır.
Bu barədə izləyicilərdən biri Avtosfer.az-ın “Whatsapp” ünvanına videomaterial göndərib. Onun sözlərinə görə, artıq neçə aydır təmiri davam edən binada təhlükəsizlik tədbirləri görülmür. Nəticədə yaxınlıqda yaşayan vətəndaşlar ehtiyatla ərazidən keçməli olurlar. Xüsusilə əlverişsiz hava şəraitində bina daha da təhlükəli hal alır. Digər tərəfdən məktəbə gedən şagirdlər hər gün binanın yanındakı dar küçədən keçməli olurlar. Şikayətçi, hətta sakinlərdən birinin yaxın zamanda yıxıldığını və xəsarət aldığını qeyd edib.
Nərmin
ŞƏRH YAZ