Binədə beşmərtəbəli binada yanğın baş verib - VİDEO

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində yerləşən beşmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.
Avtosfer.az xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının beşmərtəbəli yataqxana binasının dördüncü mərtəbəsindəki mənzildə baş verdiyi və sakinlərdən bir neçəsinin binanı tərk edə bilməməsi səbəbindən təhlükəli vəziyyətlə üz-üzə qaldığı müəyyən edilib.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə, o cümlədən digər mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Həmçinin, xüsusi təyinatlı texnikanın - avtokranın tətbiqi ilə yuxarı mərtəbələrdə təhlükədə qalmış sakinlər xilas ediliblər.
Yanğın nəticəsində ümumi sahəsi 40kv.m. olan ikiotaqlı mənzilin yanar konstruksiyaları yanıb, yüksək temperaturdan ümumi dəhlizin divarları 20kv.m. sahədə deformasiya edib.
Digər mənzillər yanğından mühafizə olunub.
Xəzərdə gün ərzində ikinci zəlzələ oldu - FOTO - YENİLƏNİB
Bakıda maşın piyadanı vurub öldürdü
Salyanda dörd yaşlı uşaq faciəli şəkildə ÖLDÜ - VİDEO
Goranboyda avtomobil piyadanı vuraraq ÖLDÜRDÜ - YENİLƏNİB
Bakıda avtobusda gənc qıza əxlaqsızlıq etdilər - VİDEO
Bağlı qapı arxasında qalan azyaşlılar belə xilas edildi - VİDEO
Gəncədə “102”yə yalan məlumat verdi - 15 sutka həbs olundu
Azərbaycanlı biznesmenin 8 milyardlıq "kurort"u əlindən alınır - Şirkətinə də HƏBS QOYULDU - FOTO
Müharibə iştirakçısı tanınmış həkimlərin adından istifadə edərək DƏLƏDUZLUQ ETDİ
Süni intellektlə qadınları şantaj edən Atakişiyev SAXLANILDI - VİDEO
Bakıda süpürgəçini maşın vurub öldürdü










