Binədə evləri su basıb: Sakinlərə kömək edən yoxdur - VİDEO

Bakının Xəzər rayonu, Binə qəsəbəsində bəzi evlər su altında qalıb.
Avtosfer.az xəbər verir ki, bu barədə İctimai TV hazırladığı videoreportajda dəhşətli kadrlar yayımlayıb.
Məlum olub ki, evlərin bir çoxu zirzəmilərə qədər su ilə dolub, nəticədə sakinlər ciddi problemlərlə üzləşiblər.
Sakinlərin sözlərinə görə, bu vəziyyət ötən ilin oktyabr ayından başlayıb və indiyə qədər davam edir. Hazırda 20-dən artıq ev tamamilə su altında qalıb.
Suyun səviyyəsi getdikcə artır, məişət avadanlıqlarına və şəxsi əşyalara ciddi ziyan dəyir. Bundan əlavə, rütubət və kanalizasiya sularının qarışması səbəbindən sağlamlıq üçün təhlükəli şərait yaranıb.
Sakinlər bildirirlər ki, problemi həll etmək məqsədilə dəfələrlə aidiyyəti qurumlara, o cümlədən Xəzər rayon İcra Hakimiyyətinə müraciət ediblər. Lakin onların müraciətləri cavabsız qalıb və heç bir konkret tədbir görülməyib.
Fövqəladə Hallar Nazirliyinin əməkdaşları müəyyən vaxtlarda əraziyə gələrək suyu çəksələr də yağan yağışlar vəziyyəti yenidən eyni hala gətirib.
Hazırda qəsəbə sakinləri çarəsiz vəziyyətdə qalıb və problemin tezliklə aradan qaldırılmasını tələb edirlər.
Eltac Zülfüqaroğlu
Polis məşhur tiktoker Solmazı söyüşə görə həbs etdi - FOTO
Oğurlanan avtomobil nömrələri bərpa olunmur? - Qanun nə deyir? - VİDEO
Şəmkirdə "Prado"da meyit tapıldı
İtkin düşən 88 yaşlı kişi axtarılır - FOTO
Salyan bazarında qadın satıcı almaları tüpürərək silib? - VİDEO
Saatlıda avtomobilin vurduğu piyada öldü
Məhv edilən həmin raketin görüntüləri - FOTO - VİDEO
Avtobuslarda cibgirlik edən şəxs tutuldu - VİDEO
Onun tayı-bərabəri yoxdur: dünyanın ən yaxşı lüks elektrik avtomobili
İş adı ilə Türkiyəyə aparılan azərbaycanlı qadınların Quşadası kabusu
Bakının əsas prospektlərindən birində YÜK AVTOMOBİLİ YANDI - FOTO










