Banner

Binədə “Prius” keçiddən keçməyən qadını vurdu - VİDEO

Hadisə 29 Oktyabr 2025 17:45 Oxunub 936
Binədə “Prius” keçiddən keçməyən qadını vurdu    - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Paytaxtın Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük savxozu adlanan ərazidə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

Avtosfer.az-ın məlumatına görə, qəza oktyabrın 28-də günorta saatlarında qeydə alınıb. Belə ki, hərəkətdə olan “Toyota Prius” markalı avtomobil yolu təyin olunmamış yerdən keçən qadını vurub. Zərbənin təsirindən piyada yerə yıxılıb. Xoşbəxtlikdən qadın yüngül bədən xəsarətləri alıb. Hadisə zamanı yaxınlıqdakı vətəndaşlar və yoldan keçən sürücülər qadına dərhal yardım göstəriblər. 

Qeyd edək ki, qəzanın baş verdiyi ərazidən irəlidə piyada keçidi mövcuddur. 

Faktla bağlı araşdırma aparılır.

Nərmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh