Anbarda baş verən yanğın söndürüldü - FOTO - VİDEO - YENİLƏNİB

Binəqədi rayonu ərazisində yerləşən anbarlardan birində baş vermiş yanğınla bağlı polis əməkdaşları dərhal əraziyə cəlb olunublar.
DİN-in Mətbuat Xidmətindən Avtosfer.az-a bildirilib ki, hadisə yerində vətəndaşların təhlükəsiz şəkildə təxliyə olunması, ərazinin nəzarətə götürülməsi, həmçinin yanğınsöndürmə qüvvələrinin maneəsiz fəaliyyətinin təmin edilməsi məqsədilə operativ tədbirlər görülür.
Həmçinin polis əməkdaşları tərəfindən avtomobil yolunda sıxlığın aradan qaldırılması və hərəkətin tənzimlənməsi məqsədilə zəruri işlər davam etdirilir.
***
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən görülmüş operativ tədbirlər sayəsində Bakı şəhəri, Binəqədi rayonunda yerləşən anbarda baş vermiş yanğın nəzarətə götürülməklə yayılmasının qarşısı alınıb.
FHN-dən Avtosfer.az-a verilən xəbərə görə, yanğının tam söndürülməsi üçün ərazidə kifayət qədər texnika və canlı qüvvə fəaliyyət göstərir.
Əlavə məlumat veriləcək.
***13:24
Bakı şəhəri, Binəqədi rayonunda yerləşən anbarda yanğın baş verib.
Avtosfer.az xəbər verir ki, hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə ilkin məlumat daxil olub.
Məlumatla əlaqədar əraziyə dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
Əlavə məlumat veriləcək.


Masazırda “Hyundai” və “BMW” yandı - VİDEO
DTX xaricdə qanunsuz miqrasiya fəaliyyətində iştirak edən azərbaycanlıları müəyyən etdi - VİDEO
Badamdarda avtomobillər uçqunun ALTINDA QALDI - VİDEO
Bakıda yol çökdü – FOTOLAR
Zabrat yolunda "BakuBus" batdı - VİDEO
Bakının məşhur bazarını su basdı - VİDEO
Rəşad Baxşəliyev son mənzilə yola salındı - FOTO
Parkinq avtomatlarından 1,9 milyon oğurlandı – Evli cütlük həbs olundu
Gəncədə avtomobillərin hərəkəti çətinləşdi: Yağan güclü yağış ... - FOTOLAR
MEDİA tanınmış jurnalistin ölümü ilə bağlı başsağlığı verdi
Qazi jurnalist Rəşad Baxşəliyev vəfat etdi












