Binəqədidə obyektlər səkini “öz malı kimi” istifadə edir - VİDEO

Hadisə 28 İyun 2024 17:20 Oxunub 252
Binəqədidə obyektlər səkini “öz malı kimi” istifadə edir - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Paytaxtın Binəqədi rayonunda səkilər zəbt edilib.

Avtosfer.az xəbər verir ki, Binəqədi rayonu Süleyman Sani Axundov küçəsində piyadaların hərəkəti üçün ayrılmış hissələr restoranlar və digər iaşə obyektləri tərəfindən özəlləşdirilib. Hətta bəzi obyektlərin qarşısında parklama üçün yer rezerv etmək məqsədilə maneələr, əşyalar yerləşdirilib.

Küçənin kiçik bir hissəsində səki olsa da, sonradan digər obbyektlər qalan hissəni də zəbt edib. Qeyd edək ki, küçənin bəzi hissələrində ümumiyyətlə səki yoxdur və piyadalar məcbur olaraq yolun hərəkət hisssi ilə gedir. Nəticədə bu qəzalara səbəb ola bilər.

Səfər Əlizadə

ŞƏRH YAZ
Ad

E-mail

Şərh