Binəqədidə “Prius”dan düşən sürücünü maşın vurdu - ANBAAN VİDEO

Bakının Binəqədi rayonunda piyada vurulmasıyla nəticələnən qəza anbaan kameraya düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə mayın 3-ü saat 13:02 radələrində Binəqədi qəsəbəsində qeydə alınıb. Hərəkətdə olan “Toyota Corolla” markalı avtomobil yolu keçmək istəyən piyadanı vurub. Belə ki, piyada qismində olan sürücü “Toyota Prius” markalı avtomobili park edir və yalnız sol tərəfə baxaraq yolu keçir. Bu zaman sağdan gələn maşına çırpılaraq bir neçə metr önə sıçrayır. Ayağından xəsarət alan piyada xəstəxanaya yerləşdirilib. Hal-hazırda vəziyyətinin yaxşı olduğu bildirilir.
Qeyd edək ki, piyada qəzanın görüntüsünü sosial şəbəkə hesabında paylaşıb. O, diqqətsizlik edərək yolu keçdiyini bildirsə də, sürücünün avtomobili nəzərdə tutulandan (40km/saat) yüksək sürətlə sürdüyünü iddia edib.
Nərmin
Şlaqbaumu qırıb mühafizəçini döyən SÜRÜCÜ SAXLANILDI - VİDEO
Oğurladığı bahalı velosipedi mağazadan çıxan kimi 460 manata satdı - VİDEO
Kiberdələduzluq edən haker dəstə tutuldu - Bank səhifələrinin oxşarını yaradırmışlar - VİDEO
Avtoyuma məntəqəsindən maşın OĞURLANDI
Qubada ər arvadını qətlə yetirdi - Sonra özünü asdı - YENİLƏNİB
Yolu kor-koranə keçən qadın qəzadan son anda xilas oldu - VİDEO
Prospektdə gənc oğlan skuterlə əks yola çıxıb təhlükə saçdı - VİDEO
Sürücüdən MƏSULİYYƏTSİZ ADDIM: Yola beton tökdü - ANBAAN VİDEO
Xaçmazda maşın piyadanı vuraraq ÖLDÜRDÜ
Xəzər dənizində ZƏLZƏLƏ oldu - FOTO
DTX Prezidentin ailəsini şantaj edən şəxsi saxladı - VİDEO










