Binəqədidə təhlükəli anlar: Qadın piyada yolun ortasında donub qaldı - VİDEO

Paytaxtın Binəqədi rayonu, 7-ci mikrorayon dairəsində qayda pozan piyada görüntülənib.
Avtosfer.az-ın məlumatına görə, hadisə noyabrın 13-də günorta saatlarında qeydə alınıb. Kadrdan aydın olduğu kimi, orta yaşlı qadın avtomobillərin intensiv hərəkətdə olduğu yolda dayanıb. Nəticədə o, həm özünü, həm də ərazidən keçən sürücüləri təhlükəyə atıb. Hətta sürücülərdən biri dəfələrlə siqnal verərək onun yoldan kənara çəkilməsi üçün xəbərdalıq edib. Lakin piyada tərpənmədən yolda dayanmağa davam edib. Sonda əlacsız qalan sürücü sola manevr edərək ərazidən uzaqlaşıb.
Qeyd edək ki, piyada keçidi və ya işıqfor olmayan ərazilərdə dayanmaq və hərəkəti ləngitmək inzibati xəta sayılır. Belə davranışlar təkcə qayda pozuntusu deyil, həm də qəza riskini artırır. Hər bir piyada yolun hərəkət hissəsinə daxil olmadan öncə təhlükəsiz məsafəni və sürət axınını nəzərə almalıdır.
Nərmin
Cərimə balı, cərimələri sistemdən “silən” DƏLƏDUZ PEYDA OLUB
Üzr istəməyən dostunu öldürdü, qaçanda maşın vurdu - BAKIDA FİLM KİMİ CİNAYƏT
Sərxoş halda 102-yə zəng edib qiymətdən danışdı, həbs olundu
Polis əməliyyat keçirdi - 126 nəfər saxlanıldı
Bakıda yük maşını təhlükə yaratdı - VİDEO
Şəhidlər məscidi yaxınlığında təhlükə: 20 gündür aşmış ağac götürülmür - FOTOLAR
FHN əməkdaşlarının hadisədən bir neçə dəqiqə əvvəl çəkilmiş görüntüsü - VİDEO
Çalışdığı avtoyuma məntəqəsindən maşın qaçıran şəxs saxlanıldı
FHN əməkdaşının öldüyü hadisə ilə bağlı rəsmi AÇIQLAMA - FOTO - YENİLƏNİB
Bakıda “Ford" yanıb - VİDEO
Hicab bağlayıb marketi talayan qaraçı qadınlar SAXLANILDI - VİDEO









