Bir ailənin 8 üzvünün zəhərlənməsi ilə bağlı - Açıqlama - YENİLƏNİB

Ötən gün Qubada bir ailənin səkkiz üzvü qidadan zəhərlənib.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, hazırda zəhərlənənlərin vəziyyəti stabildir.
“Quba rayonunda məişət şəraitində baş verən hadisənin səbəblərinin müəyyənləşdirilməsi ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən müvafiq qurumlarla birgə araşdırma aparılır. İlkin araşdırma zamanı məlum olub ki, zərərçəkənlər ad günü tədbiri zamanı ev şəraitində hazırlanan qida məhsullarını istehlak etdikdən sonra özlərini narahat hiss ediblər.
Daha sonra müayinə məqsədilə Quba və Qusar rayon mərkəzi xəstəxanalarına müraciətlər olunub. Vəziyyətləri stabildir. Nümunələr götürülüb, hazırda araşdırmalar davam edir. Agentlik bir daha məişət şəraitində hazırlanan qidaları istehlaka təqdim edərkən, saxlama şəraitinə, temperatur rejiminə, gigiyena və düzgün daşıma qaydalarına riayət edilməsinin vacibliyini bildirir”, - açıqlamada bildirilib.
***
Qusar Rayon Mərkəzi Xəstəxanasından sorğumuza cavab olaraq bildirilib ki, fevralın 8-i saat 14:00 radələrində zəhərlənmə şübhəsi ilə 8 nəfər (2 kişi, 6 qadın) xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub: “Onlara qida toksikoinfeksiya diaqnozu təyin olunub və zəruri tibbi yardım göstərilib.
Vəziyyətləri qənaətbəxş qiymətləndirilən 8 nəfərin hər biri ambulator müalicə üçün evə buraxılıb”.
***8 fevral, 22:45
Quba rayonunda qidadan zəhərlənən səkkiz nəfərin vəziyyəti məlum olub.
Avtosfer.az xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
"Fevralın 8-də saat 14-də zəhərlənmə şübhəsi ilə səkkiz nəfər (iki kişi, altı qadın) Qusar Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Onlara qida toksikoinfeksiya diaqnozu təyin olunub və zəruri tibbi yardım göstərilib. Müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilən şəxslərin vəziyyətləri orta ağır qiymətləndirilir", - deyə məlumatda bildirilir.
***19:29
Quba rayonunda səkkiz nəfər qidadan zəhərlənib.
Avtosfer.az unikal-a istinadən xəbər verir ki, rayonun Xucbala kəndində qonağlıq zamanı - 1953-cü il təvəllüdlü N.Şabutov, 1953-cü il təvəllüdlü H.Şabutova, 1986-ci il təvəllüdlü A.Şabutova, 2003-cü il təvəllüdlü A.Şabutova, 2003-cü il N.Şabutova, 2010-cu il D.Şabutov, 2025-ci il təvəllüdlü G.Şabutova və 1978-ci il təvəllüdlü D.Məmmədova qidadan zəhərlənməsi diaqnozu ilə Qusar Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.
Onların "Paytaxt" salatından zəhərləndikləri ehtimal olunur.
Faktla bağlı araşdırma aparılır.
Avtomobil dayanacağında dava - Borc verən döyüldü
Həyat yoldaşını və oğlunu vurub öldürən sürücünü bağışladı – Hakim 5 il verdi
Gömrükdən 280 milyonluq nəqliyyat vasitəsi keçirmək istənildi; qurum hərəkətə keçdi - RƏSMİ
Avtomobildə 227 kq yararsız at əti aşkarlandı – Bakıya satmağa gətirirmiş - FOTOLAR
Nərimanovda restoranın qarşısında kütləvi dava - VİDEO - YENİLƏNİB
Bu ərazidə rayon maşınları hər gün piyadaların yolunu kəsir - VİDEO
Ən ölümcül hava hadisələri açıqlandı
Övladına məktəb ləvazimatları almaq istədi - Ödəmə terminalını yardı
Təcili yardım avtomobili vuruldu - 3 nəfər xəsarət aldı - FOTO
ABŞ-də yaşayan azərbaycanlı gənci ailəsi axtarır
Masazırda DƏHŞƏTLİ HADİSƏ - İki qadın qətlə yetirildi - FOTO - YENİLƏNİB










