“Bir-birini xilas etmək istəyiblər, hamısı boğulub” - Dənizdə batan Pərviz Məcidovun atası

Ötən gün Mərdəkan qəsəbəsi ərazisində dənizdə boğulan dörd nəfərdən biri – Məcidov Pərviz Zöhrab oğlunun axtarışları davam etdirilir. Avtosfer.az-ın məlumatına görə, P.Məcidovun atası Zöhrab Məcidov Teleqraf-a açıqlamasında bildirib ki, oğlu üzməyi bilməyib.
Onun sözlərinə görə, sonuncu dəfə Pərviz dayısı Namiq Əzimov, həmçinin qohumları Elnur və Elmarla birlikdə dəniz kənarında kabab bişiriblər. Onlar spirtli içki qəbul etməyiblər. Bundan əlavə, Namiqin iki azyaşlı övladı da onların yanında olub.
Yeməkdən sonra Elnur Məcidov qayalıq ərazidə dənizə girib. Bir müddət sonra boğulmağa başlayıb. Bunu görən azyaşlılar kömək üçün ataları Namiqə müraciət ediblər. Dərhal Pərviz və Elmar Elnuru xilas etmək üçün suya giriblər. Lakin onlar da müvazinətlərini itirərək boğulmağa başlayıblar.
Hər üç şəxsi xilas edəcəyi ümidi ilə Namiq də suya baş vurub. Nəticədə dörd nəfərin hamısı dənizdə boğulub.
Zöhrab Məcidov bildirib ki, onun dörd övladı var və Pərviz övladlarının ən böyüyü idi:
“Onun çox arzuları vardı…”
Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin ictimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Akşin Əlili Teleqraf-a bildirib ki, qurumun əməkdaşlarından ibarət üç axtarış qrupu hazırda axtarış-xilasetmə əməliyyatlarını davam etdirir. Onun sözlərinə görə, ərazidə sualtı axınların müxtəlif istiqamətləri nəzərə alınaraq ətraf sulardakı xilasetmə məntəqələrinin dalğıc-xilasediciləri də axtarışlara cəlb olunublar.
Zabratda bu küçə palçıq içindədir – Sakinlər əziyyət çəkir - VİDEO
Avtobusu gecikdirən şəxs sərnişinlə kobud danışdı: "Sən kimsən?" - VİDEO
Bakıda nənə və nəvəsini maşın vurdu - YENİLƏNİB
Zirzəmidə gizlədilən qızılları divarı dağıdaraq taladı - 4 il həbs cəzası verildi
Sərnişin üstündə dava hərəkətə maneə oldu - VİDEO
Ceyranbatanda yük maşını yolu keçən piyadanı vurdu - VİDEO
Xalçayuma xidməti adı ilə vətəndaşları aldadırmış - Bir anbar xalça aşkarlandı - VİDEO
Səkiylə yolu səhv salan gənc oğlan təhlükə yaratdı - VİDEO
Məhəmmədidə küləyin aşırdığı ağac avtomobili əzdi - VİDEO
İşıq dirəkləri olan qəsəbə illərdir qaranlığa qərq olub - VİDEO
Şirvanda dəhşət : Daha bir itin boğazına ip keçirib öldürdülər - VİDEO












