Bir milyondan çox mülki iddia üzrə bəraət almış sahibkarla bağlı qərar

Ali Məhkəmədə Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Departamentinin 1 milyon 515 min 139 manat mülki iddia qaldırdığı və bəraət almış sahibkar Hidayətov Yaqub Raquf oğlunun barəsindəki qərardan verilən kassasiya protesti üzrə məhkəmə iclası başa çatıb. Avtosfer.az-ın "Pravda.az"a istinadən məlumatına görə, hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, protest təmin edilməyib.
Xatırlatma: Bərdə Rayon Məhkəməsinin hökmü ilə o, Cinayət Məcəlləsinin 213.1 (Xeyli miqdarda vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma) maddəsi ilə təqsirli bilinib. Hökmə əsasən, qazancının 20 faizi məbləğində pul dövlət nəfinə tutulmaqla iki il müddətə islah işləri cəzasına məhkum edilib və barəsində “başqa yerə getməmək haqqında iltizam” tədbiri seçilib. Eləcə də vergi orqanının onun barəsində olan mülki iddiası qismən təmin edilib. Belə ki, Yaqub Hidayətovdan 102 min 053 manat tutulub dövlət büdcəsinə ödənilməsi qərara alınıb. Hökmdən narazı qalan tərəflər apellyasiya şikayəti və protesti versələr də, Gəncə Apellyasiya Məhkəməsi həm şikayəti, həm də protesti təmin etməyib. Daha sonra apellyasiya məhkəməsinin qərarından Ali Məhkəməyə müraciət edilib. Ali Məhkəmənin qərarına əsasən, cinayət işi apellyasiya instansiyası məhkəməsinə qaytarılıb. Gəncə Apellyasiya Məhkəməsində keçirilən prosesdə onun əməlində cinayət tərkibi olmaması əsası ilə bəraət verilib və təqsirsiz elan edilib. Eləcə də, Yaqub Hidayətovun barəsində olan “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv olunaraq vergi orqanının ona qarşı qaldırdığı mülki iddiası da baxılmamış saxlanılıb.
Qeyd: Ona qarşı irəli sürülmüş ittihamda bildirilib ki, təqsirləndirilən şəxs meyvə tərəvəz məhsullarının tədarükü və ixrac edilməsi fəaliyyəti ilə məşğul olarkən vergi orqanına bəyannamə təqdim etməyib və ümumilikdə 1 milyon 515 min 139 manat məbləğində gəlir vergisini dövlət büdcəsinə ödəməkdən yayınıb.
Avtomobil satışı adı altında dələduzluq - 32 yaşlı şəxs saxlanıldı
İmişlidə açıq ərazidə və sexdə yanğın olub
“Nissan” və “Land Rover”i zərgərlik mağazasına çırpıb qarət etmək istədilər - VİDEO
Cəlilabadda qadın qətlə yetirilib - Şübhəli şəxs axtarılır - VİDEO
Oğurladığı 10 min manatla brend mağazalardan alış-veriş edən şəxs saxlanıldı – VİDEO
Park edilmiş avtomobillərin arasından yola qaçan qadın riskli vəziyyət yaratdı - VİDEO
Yasamalda hərəkətdə olan “Changan” qəfil alışdı - FHN müdaxilə etdi - VİDEO
Piyada keçidi ola-ola yolu maşınların arasından keçdilər - VİDEO
Uşaqların tədbirində hava şarı qopdu, 3 nəfər xəsarət aldı - VİDEO
Avtobusda yaşanan insident sərnişin davranışını gündəmə gətirdi
Kafedə dava edib yolda avtomobilə hücum etdilər - Hər üçünə həbs verildi










