Birgə oğurladıqları əşyaları bölə bilmədilər - İkisi də həbs edildi

Xəzər rayonunda evdən oğurluq edilib.
Avtosfer.az xəbər verir ki, Xəzər rayonunda yaşayan 46 yaşlı Samil Mahmudov polisə müraciət edərək yaşadığı evdən ümumi dəyəri 7.000 manat olan müxtəlif məişət əşyalarının oğurlandığını bildirib. Xəzər Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Razi Məlikov saxlanılıb.
Araşdırmalar zamanı R.Məlikovun ötən ilin noyabr ayında S.Mahmudovla birgə Binə qəsəbəsində obyektlərin birindən məişət və elektronika avadanlıqları oğurladıqları məlum olub. Lakin R.Məlikov oğurlanan əşyaların satılmasından əldə edilən pulun bölgüsünün düzgün olmadığını əsas gətirərək qisas almaq məqsədilə S.Mahmudova məxsus evdən oğurluq etdiyini bildirib.
Hər iki şəxs saxlanılaraq istintaqa təqdim edilib.
Araşdırma aparılır.
Bakıda avtobus sürücüsü küçədə döyüldü
Təmir sexi avtomobillə birlikdə yandı - Hadisə yerindən GÖRÜNTÜLƏR - VİDEO
General-mayor Novruzəli Orucovun oğlu keçmiş sevgilisini təhdid edir - VİDEO
ANAMA-nın əməkdaşı iynədən şoka düşərək vəfat etdi - FOTO
Qayda pozan piyadalar qışqıraraq sürücünü günahkar çıxardılar - VİDEO
Bakıda oğul anasını amansızlıqla qətlə yetirdi - FOTO
Bakıda piyada sürücüyə hirslənib maşının üstünə dırmaşdı - REAL VİDEO
Buzlu yollarda maşınlarında köməksiz qalan şəxslər xilas edildi - VİDEO
Bakıda boru partladı – Yolu su basdı - VİDEO
"BakuBus" avtobuslarının katalizatorları oğurlandı - Texniki baxış zamanı üstü açıldı
"TikTok"da deputatları və icra başçılarını söydü - 10 sutka həbs olundu











