Biri işə düzəlmək, digəri təqaüdə çıxmaq istədi... - Balakəndə dələduzluq

Balakəndə işə düzəltmə adı ilə dələduzluq cinayəti baş verib. Avtosfer.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, hadisənin fiqaruantları xanımdır. Bu baxımdan adlarını açıqlamırıq. Məlumatda deyilir ki, dələduzluq əməlini törədən şəxs Balakəndə qurbanları ilə "Jaan" əyləncə mərkəzində tanış olub. Onlardan biri işə düzəlmək, digəri isə təqaüdə çıxmaq istəyirmiş. Təqsirləndirilən şəxs işə düzəlmək istəyən xanıma onu Balakən Mədəniyyət Mərkəzində işlə təmin edəcəyinə söz verərək, bunun müqabilində ondan 2500 manat alıb. Digər xanımdan isə 1 ədəd Rusiya istehsalı olan 583 əyarlı Sibir briliyant qaşları ilə bəzədilmiş 4,5 qram çəkidə, təxminən 1200 manat dəyərində üzük, 1 ədəd İtaliya istehsalı olan 750 əyarlı briliyant qaşlarla bəzədilmiş 8 qram çəkidə təxminən 1900 manat dəyərində boyunbağını, 1 ədəd İtaliya istehsalı olan 750 əyarlı briliyant qaşlarla bəzədilmiş 6,5 qram çəkidə təxminən 1500 manat dəyərində qolbaq, 1 ədəd üzük və 1 cüt sırğadan ibarət İtaliya istehsalı olan 750 əyarlı Sibir briliyant qaşları ilə bəzədilmiş ümumi çəkisi 12 qram olan təxminən 4500 manat dəyərində komplekt alaraq onun təqaüd məsələsini həll edəcəyini deyib. Lakin o, verdiyi vədə əməl etməyib. Qarşı tərəf hüquq-mühafizə orqanlarına müraciətindən sonra həmin şəxs saxlanılıb. Balakən Rayon Məhkəməsi ona 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edib.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












