Biznesə qarşı kibercinayətlər 45 faizdən çox artıb

Son dörd ildə İtaliyada biznes subyektlərinə qarşı kibercinayətlər 45,5 faiz artıb. Avtosfer.az xəbər verir ki, bu barədə “Confartigianato” assosiasiyası məlumata yayıb.
Bildirilir ki, bu kimi hallar ən çox Toskana və Veneto regionlarında qeydə alınıb. Hesabat dövründə biznesə qarşı kibercinayətlər Toskana regionunda 88,3 faiz, Venetoda 63,7 faiz, Markedə 56 faiz, Apuliyada 54,7 faiz, paytaxt Romanın da yerləşdiyi Latsio regionunda 53,2 faiz artıb.
Məlumata görə, biznes subyektlərinə qarşı bütün növ cinayətlər isə 10 faiz artım müşahidə olunub. Assosiasiya fırıldaqçılıq və onlayn hücumlardakı artım tendensiyasını qeyd edərək həyəcan təbili çalıb. Şirkətlərə əks tədbirlər görmək, süni intellektdən istifadə etməklə mühafizəni gücləndirmək tövsiyə edilib. Bildirilir ki, 2024-cü ilə qədər müəssisələrin yalnız 42,6 faizi kibertəhlükəsizliyə, o cümlədən süni intellektə sərmayə yatırıb. Eyni zamanda, İtaliya şirkətlərinin 22,8 faizi kibertəhlükəsizlik üzrə ixtisaslaşmış kadr tapmaqda çətinlik çəkir.
Xocasən yolundakı çuxurlar ya ziyan vurur, ya da qəza riski yaradır - VİDEO
İçərişəhərdə maşınını park edən idmançı qiymətdən şoka düşdü - VİDEO
Biləcəridə nəhəng ağac yolu bağladı, işi yarımçıq qoyub getdilər - VİDEO
Xırdalanda güclü külək binanın dam örtüyünü uçurdu – VİDEO
Bakıda avtobus qəza törətdi: Ölən var
Sərhədi uçuş aparatı ilə pozan İran vətəndaşı saxlanıldı - DSX-dən ƏMƏLİYYAT - VİDEO
"Başı ağrıyırmış, hamama gedib..." - Yataqxanada tələbənin ölümünün təfərrüatı - VİDEO
Azərbaycanda mina partlayışı: Ölən və yaralanan var - RƏSMİ
Qadın müştəri kimi mağazaya girdi, qızılı ovucunda gizlədib apardı - VİDEO
Azərbaycanlıların olduğu daha bir gəmiyə dron hücumu - VİDEO - FOTO
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı












