Biznesmenin evindən yarım milyon oğurladı, kazinoda uduzdu

Saatlı rayonunda qadının evindən yarım milyonluq oğurluq olub.
Avtosfer.az publika.az-a istinadən xəbər verir ki, rayon sakini Mahirə Vəliyevanın evindəki seyfdən külli miqdarda pul və qızıllar oğurlamış 1983-cü il təvəllüdlü Elvin Vəliyev tutulub.
Onun barəsində Cinayət Məcəlləsinin 177.3.2-ci (Külli miqdarda oğurluq) maddəsi ilə iş açılıb.
Məlum olub ki, Elvinin əmisi Rusiyada biznesmendir. Saatlıdakı evdə isə onun həyat yoldaşı M.Vəliyeva yaşayıb və seyfdə külli miqdarda qızıl və pul olub. Elvin seyfin açarının yerini öyrəndikdən sonra evdə heç kimin olmadığı vaxt, yəni 2023-cü ilin mart ayının sonlarından iyun ayının sonlarınadək qonşuluqdakı evə gizli daxil olub. O, seyfi açaraq, içərisindəki 391,685 manat pulu və 100 min manatdan çox dəyəri olan qızılları oğurlayıb. O, bütün pulları onlayn qumar oyunlarında uduzub. Qızılları da İmişli, Sabirabad və Bakıdakı lombardlara verərək pul götürüb, həmin pulları da internetdə uduzub.
Fakt üzə çıxdıqdan sonra Elvin həbs edilib.
O, Cinayət Məcəlləsinin qeyd edilən maddəsi üzrə təqsirli bilinərək, 6 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Zabratda bu küçə palçıq içindədir – Sakinlər əziyyət çəkir - VİDEO
Avtobusu gecikdirən şəxs sərnişinlə kobud danışdı: "Sən kimsən?" - VİDEO
Bakıda nənə və nəvəsini maşın vurdu - YENİLƏNİB
Zirzəmidə gizlədilən qızılları divarı dağıdaraq taladı - 4 il həbs cəzası verildi
Sərnişin üstündə dava hərəkətə maneə oldu - VİDEO
Ceyranbatanda yük maşını yolu keçən piyadanı vurdu - VİDEO
Xalçayuma xidməti adı ilə vətəndaşları aldadırmış - Bir anbar xalça aşkarlandı - VİDEO
Səkiylə yolu səhv salan gənc oğlan təhlükə yaratdı - VİDEO
Məhəmmədidə küləyin aşırdığı ağac avtomobili əzdi - VİDEO
İşıq dirəkləri olan qəsəbə illərdir qaranlığa qərq olub - VİDEO
Şirvanda dəhşət : Daha bir itin boğazına ip keçirib öldürdülər - VİDEO












