Bloqerin evindən oğurluq edən tutuldu - HADİSƏ ANI

Bloger Nail Kəmərlinin mənzilindən oğurluğa cəhd edən şəxs saxlanılıb.
Avtosfer.az Lent.az-a istinadən xəbər verir ki, Nərimanov Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisindəki mənzillərin birindən 2000 manat dəyərində samovar oğurlamaqda şübhəli bilinən əvvəllər dəfələrlə məhkum olunmuş Anar Babayev müəyyən olunaraq saxlanılıb.
Araşdırmalarla A.Babayevin ötən günlərdə paytaxtın Yasamal rayonu ərazisində bloger Nail Kəmərlinin mənzilindən oğurluğa cəhd edən şəxs olması da müəyyən edilib.
DİN-in mətbuat xidmətindən Lent.az-a faktı təsdiqləyiblər.
***
2 dekabr, saat 17:53
Bloqer Nail Kəmərli (Nail Babayev) evindən oğurluq etmək istəyən şəxsin görüntülərini yayıb.
Avtosfer.az Lent.az-a istinadən xəbər verir ki, Kəmərli qeyd edib ki, naməlum şəxs binaya daxil olaraq qonşulardan birinin çöldə olan ayaqqabısını oğurlayıb. Daha sonra onu öz ayaqqabısı ilə dəyişərək bloqerin evinə yaxınlaşıb.
Sözügedən şəxsin siması da videoda görüntülənib.
Bloqer bu barədə paylaşım edərək vətəndaşları diqqətli olmağa çağırıb:
"Qapılarınızı açıq qoymayın, evlərinizin önünə kameralar yerləşdirin, tanımadığınız şəxslərə qapını açmayın".
Daxili İşlər Nazirliyi (DİN) Nail Kəmərlinin evindən oğurluq etmək istəyən şəxslə bağlı açıqlama verib.
DİN-in Mətbuat Xidmətinin baş inspektoru polis leytenantı Elbrus İbrahimov bildirib ki, görüntülər yenidən izlənilib və bununla bağlı araşdırmalara başlanılıb:
"Məlumat üçün bildirək ki, məsələ ilə bağlı artıq polis əməkdaşları araşdırmalara başlayıblar. Kamera görüntüləri təkrar izlənilib. Araşdırmaların nəticəsi barədə əlavə məlumat veriləcək".

Bakıda piyada sürücüyə hirslənib maşının üstünə dırmaşdı - REAL VİDEO
Buzlu yollarda maşınlarında köməksiz qalan şəxslər xilas edildi - VİDEO
Bakıda boru partladı – Yolu su basdı - VİDEO
"BakuBus" avtobuslarının katalizatorları oğurlandı - Texniki baxış zamanı üstü açıldı
"TikTok"da deputatları və icra başçılarını söydü - 10 sutka həbs olundu
Avtobusu təmir edərkən altında qalan şəxs belə xilas edildi - VİDEO
Masazırda sürücülərə ciddi təhlükə yaradan problem aradan qaldırıldı - FOTO - VİDEO
Dəm qazından ölən Fəzail şəhid əmisinin adını daşıyırmış - FOTO - YENİLƏNİB
İran-Azərbaycan sərhədində pua vuruldu; içindən görün nə çıxdı - FOTO
Küçəni zibilləyən sürücü cəzalandırıldı - 8 sutka həbs olundu
Kamran Əsədov məhkəmə zalında həbs olundu - QƏRAR











