"BMW"ni benzin tökərək yandıran şəxs azadlığa buraxıldı

Bakıda tanışının maşınını yandıran şəxs hakim qarşısına çıxarılıb. O, qisas almaq məqsədilə "BMW" markalı avtomobilə benzin tökərək yandırıb.
Avtosfer.az Musavat.com-a istinadən xəbər verir ki, hadisə Abşeron rayonu, Hökməli qəsəbəsində baş verib.
Nicat adlı şəxs tanışı Xəyalın avtomobilini yandırıb. Məlumata görə, Nicat taksi sürücüsü kimi fəaliyyət göstərib. Xəyal Ukraynada işləyən zaman ailəsini Nicata tapşırıb və taksi kimi onları gedəcəkləri ünvanlara aparmasını xahiş edib.
Qonşuların və şahidlərin məlumatına görə Nicat sonradan Xəyalın ailəsini narahat etməyə başlayıb. Hətta qonşular da yaranmış vəziyyətdən narazı olublar. Buna görə Xəyalla Nicat arasında bir neçə dəfə mübahisə olub. Bu məsələdən Nicatın atasının da xəbəri olub.
Xəyal məsələni həll etmək üçün Nicatla görüşmək istəyib. Xəyal özünə məxsus "BMW" markalı avtomobillə Nicatla görüşə gedib. Nicat idarə etdiyi "Tofaş" markalı avtomobildə olan zaman Xəyal ona işarə edərək saxlamasını istəyib. Lakin Nicat oradan uzaqlaşmaq istəyən zaman maşınlar toqquşub. Xəyal bu barədə "102" xidmətinə məlumat verdikdən sonra polisə gedib. Nicat isə hadisə yerindən uzaqlaşandan sonra maşınına dəymiş zərəri görəndə əsəbiləşib və Xəyaldan qisas almağı qərarlaşdırıb. Hadisə yerinə qayıdan zaman Xəyalın maşınını yol kənarında görüb. Maşına benzin tökərək yandırıb.
Məhkəmə araşdırması zamanı məlum olub ki, tərəflər arasında barışıq əldə edilib. Tərəflər bir-birindən şikayətçi olmayıblar.
Həbsdə olan Nicat barəsində şərti cəza təyin edilib və məhkəmə zalından azadlığa buraxılıb.
Xarab olan avtomobilin sürətlər qutusunu yolun ortasında sökdü; sıxlıq yarandı - VİDEO
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO
Bakıda məktəbdə hadisə: ÖLƏN VAR - YENİLƏNİB












