Qusarda “BMW” yola çıxan azyaşlını vurub bir neçə metr kənara atdı - RƏSMİ - ANBAAN VİDEO

Avtosfer TV 20 İyun 2024 12:28 Oxunub 486
Qusarda “BMW” yola çıxan azyaşlını vurub bir neçə metr kənara atdı - RƏSMİ - ANBAAN VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Qusar rayonunda ölümlə nəticələnən yol qəzası anbaan müşahidə kamerasına düşüb.

Avtosfer.az-ın məlumatına görə, hadisə iyunun 18-də saat 12:51 radələrində qeydə alınıb. Hərəkətdə olan “BMW” markalı avtomobil azyaşlını vurub. Belə ki, velosiped sürən uşaq yolun hərəkət hissəsinə çıxır. Bu zaman əks istiqamətli yolla hərəkət edən maşınla toqquşur. Zərbənin təsirindən azyaşlı bir neçə metr önə düşür. İdarəetməni itirən sürücü isə avtomobili işıq dirəyinə çırpır. Nəticədə avtomobil üzü üstə aşır. Müxtəlif dərəcəli  bədən xəsarətləri alan 2012-ci il təvəllüdlü rayon sakini Ruslan Xamədov hadisə yerində keçinib. Başından zədələnən sürücü - rayon sakini Ruslan İsrafilov isə xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Nərmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh