Bodrumda qayıq batdı - Xeyli sayda ölən var

Hadisə 1 Aprel 2026 11:00
Bodrumda qayıq batdı - Xeyli sayda ölən var
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Türkiyənin Muğla bölgəsinin Bodrum rayonu akvatoriyasında qaçaq (qeyri-qanuni) mühacirləri daşıyan rezin qayığın batması nəticəsində azı 11 nəfər ölüb.

Avtosfer.az xəbər verir ki, bu barədə "Haber Global" informasiya yayıb.

Məlumata görə, 11 nəfərin meyiti sudan çıxarılıb, 21 miqrant isə xilas olunub.

Bölgədə hava və quru yolu ilə axtarış-xilasetmə əməliyyatları davam edir.

Oxunub : 70
ŞƏRH YAZ
Ad

E-mail

Şərh