“Bolt Food” şirkətinə məxsus velosipedi oğurlayan ağsaqqal kadrlara düşdü - VİDEO

Ətrafa diqqətlə göz gəzdirdi, insanların olmamasından istifadə edərək velosipedi oğurladı.
Avtosfer.az xəbər verir ki, sosial şəbəkələrdə qınaq obyektinə çevrilən hadisə Nərimanov rayonun Fətəli xan Xoyski 98a küçəsində qeydə alınıb. Mühafizə kameralarına düşən görüntülərdən aydın olduğu kimi orta yaşlı şəxs yol kənarındakı velosipedə minərək ərazini tərk edib. İlk baxışda normal video kimi görünsə də, paylaşan şəxsin hadisənin nə məqsədlə baş verdiyini oxuduqdan sonra fikirlər dəyişib. Belə ki, videoya düşən “qəhrəman” öncə ətrafı gözətləyib, sonra əsl məqsədini icra edib. Ehtiyatla velosipedə yaxınlaşan şəxs minərək hadisə yerindən uzaqlaşıb. “Bolt Food” şirkətində işləyən kuriyerin velosipedini oğurlayan “qəhrəmanın” etdiyi əməldən peşman olmadığı bariz görünür.
Qeyd edək ki, zərərçəkən, görən, yaxud tanıyan şəxslərdən onun kimliyi ilə bağlı polis idarəsinə yaxınlaşaraq məlumat vermələrini xahiş edib.
Nərmin Əkbər
Bakıda narkotacirlərin saxlanılmasının ANBAAN GÖRÜNTÜLƏRİ - VİDEO
Bakıda 18 nömrəli avtobuslar yolda qaldı - SƏBƏB
DTX-dan ƏMƏLİYYAT: Müharibədə iştirak edənlər saxlanıldı
Skuterlə yolu kor-koranə keçən oğlan avtobusa çırpıldı - ANBAAN VİDEO
77 yaşlı kişini maşın vurub ÖLDÜRDÜ
Cəlilabadda əmisinin baltaladığı uşaqlardan biri öldü - YENİLƏNİB
Bakıda "Mercedes" yandı
Sürücülərin "qaranlıq imtahanı": Magistral yolda işıqlar niyə söndürülüb? - VİDEO
Müğənni tikinti şirkətinin rəhbəri tərəfindən dələduzluğa məruz qalıbmış - DİN-dən AÇIQLAMA
Xaçmazda yük maşını piyadanı vuraraq öldürdü
Qızıl almaq istədiyini deyib soyğunçuluq edən şəxs saxlanıldı - VİDEO










