“Bonte” restoranın tavanı uçdu - İşçi xəsarət aldı - YENİLƏNİB

Ötən gün Bakının Nizami küçəsində yerləşən "Bonte" restoranında tavanın çökməsi nəticəsində xəsarət alan şəxsin son vəziyyəti açıqlanıb.
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin və Kliniki Tibbi Mərkəzdən bildirilib ki, yanvarın 11-də, saat 17:00-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Nizami küçəsindən təcili çağırış qeydə alınıb.
"Çağırış ünvanına dərhal təcili tibbi yardım briqadası cəlb olunub. Briqada tərəfindən bir nəfərə (qadın) yerində tibbi xidmət göstərilib və qapalı kəllə-beyin travması diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.
Kliniki Tibbi Mərkəzin Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunan 1983-cü il təvəllüdlü (qadın) şəxsə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb", - deyə məlumatda bildirilir./oxu.az
***13:36
Dünən axşam saatlarında Bakının Nizami küçəsində yerləşən “Bonte” adlı restoranın tavanı uçub.
Avtosfer.az Gununsesi.info-ya istinadən xəbər verir ki, hadisə nəticəsində işçilər xəsarət alıb.
Restorana çağırılmış Təcili Tibbi Yardım başından xəsarət alan əməkdaşları xəstəxanaya çatdırıb, onların başına tikiş qoyulub.
Sayt hadisə ilə bağlı “Bonte”nin sahibi ilə əlaqə saxlaya bilməyib, lakin restoranın administratoru Sani Quliyev faktı təsdiq edib.
O bildirib ki, tavanın çökməsi nəticəsində 1 nəfər yaralanıb.
Faktla bağlı araşdırma aparılır.
Masazırda “Chevrolet” keçiddən keçməyən piyadanı vurdu - VİDEO
Sərnişin oturacağında yatan sürücü həbs edildi
Ceyranbatanda atları döyüb öldürüblər – VƏTƏNDAŞ ŞİKAYƏTİ- VİDEO
Bakıda polisdən "qaçmaq" istəyən sürücünü anası İFŞA ETDİ
Bakıda məktəbli DÜNYASINI DƏYİŞDİ - SƏBƏB - FOTO
Sürücünün ürəyi tutdu, sükan arxasında ÖLDÜ
Avtomobillə müəlliməni öldürən şəxsə hökm oxundu - 3 il azadlıqdan məhrum edildi - FOTO
Qadın sürücünü şillələyən və üzünə tüpürən "parkovşik" həbs edildi
Hökməli dairəsində yol çöküb; qəza riski artır – VİDEO
"Texniki nasazlıq faciəyə səbəb ola bilər" - DYP-dən sürücülərə ÇAĞIRIŞ - VİDEO
On bir lüks avtomobil müsadirə edildi - 65 milyon dəyərində










