"Boranı"dan skuter oğurlayan keçmiş məhkum HƏBS EDİLDİ

Yasamal rayonunda fəaliyyət göstərən "Boranı" restoranının zirzəmisindən oğurluq edilib.
Avtosfer.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, qeyd edilən yerdən dəyəri 1285 manat olan skuter oğurlanıb.
Hüquq-mühafizə orqanlarına müraciətdən sonra cinayəti törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Ona Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə ittiham elan edilib, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Cinayət işinə Yasamal Rayon Məhkəməsində hakim Mirsadiq Seyidovun sədrliyi ilə baxılıb.
Müttəhim məhkəmə zamanı özünü verilmiş ittiham üzrə təqsirli bilib. Onun sözlərindən məlum olub ki, bundan əvvəl narkotik cinayəti ilə həbs edilib. Azadlığa çıxdıqdan bir müddət sonra "Boranı" restoranının yanından keçərkən zirzəmidən oğurluq etmək qərarına gəlib. Bu niyyətlə qapıdakı qıfılı sındıraraq ora daxil olub və stukeri oğurlayıb. Zərərçəkmişin ifadəsindən məlum olub ki, ona dəymiş ziyan ödənilib. Buna görə təqsirləndirilən şəxsə qarşı hər hansı şikayət və tələbinin olmadığını bildirib. Məhkəmənin hökmü ilə müttəhim 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB












