Boşanmaq üçün müraciət edən şəxsin cinayəti üzə çıxdı - HƏBS EDİLDİ

Ötən ilin avqust ayında Biləsuvar Rayon Məhkəməsinə boşanmaq üçün müraciət etmiş rayon sakini 2000-ci il təvəllüdlü Z.Abdulovun cinayət əməli üzə çıxıb.
Avtosfer.az Teleqraf.com-a istinadla xəbər verir ki, məhkəməyə müraciət edən şəxsin nikaha daxil olduğu qadınla onun yetkinlik yaşına çatmadığı müddətdə intim münasibətdə olması üzə çıxıb.
Belə ki, məhkəmə onların övladlarının yaşını nəzərə alaraq cütlüyün qanunla qadağan edilmiş yaş həddində nikaha daxil olmasını müəyyənləşdirib və bununla bağlı polisə məlumat verilib. Faktla bağlı Z.Abdulova Cinayət Məcəlləsinin 152.1-ci (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) maddəsi ilə iş açılıb.
Bu müddətdə Z.Abdulov həyat yoldaşından rəsmən boşanıb. Onun keçmiş xanımı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınıb.
Yanvarın 21-də Biləsuvar Rayon Məhkəməsinin hökmü ilə Z.Abdulov 6 ay müddətinə həbs cəzasına məhkum edilib.
O, məhkəmə zalındaca həbs edilib.
Xətaidə gecə ilə peyda olan DAHA BİR OBYEKT - FOTO
Bakı metrosunda HƏYƏCANLI ANLAR - YENİLƏNİB
Polis məşhur tiktoker Solmazı söyüşə görə həbs etdi - FOTO
Oğurlanan avtomobil nömrələri bərpa olunmur? - Qanun nə deyir? - VİDEO
Şəmkirdə "Prado"da meyit tapıldı
İtkin düşən 88 yaşlı kişi axtarılır - FOTO
Salyan bazarında qadın satıcı almaları tüpürərək silib? - VİDEO
Saatlıda avtomobilin vurduğu piyada öldü
Məhv edilən həmin raketin görüntüləri - FOTO - VİDEO
Avtobuslarda cibgirlik edən şəxs tutuldu - VİDEO
Onun tayı-bərabəri yoxdur: dünyanın ən yaxşı lüks elektrik avtomobili










