"BP-Azerbaijan": "Yanan gəminin ekipaj üzvləri təxliyə ediliblər" - YENİLƏNİB

Hadisə 31 İyul 2024 10:34 Oxunub 244
"BP-Azerbaijan":  "Yanan gəminin ekipaj üzvləri təxliyə ediliblər" - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bu gün səhər saatlarında yanğının baş verdiyi gəmi "bp-Azerbaijan" şirkətinin sifarişi ilə "Azəri-Çıraq-Günəşli" (AÇG) blokunun ərazisində açıq dənizdə dalğıc işləri həyata keçirib.

Avtosfer.az xəbər verir ki, bunu açıqlamasında şirkətin ictimaiyyətlə əlaqələr üzrə meneceri Tamam Bayatlı bildirib.

"Bu gün səhər saatlarında yanğının baş verdiyi dalğıc gəmisi AÇG blokunun ərazisində sualtı işlər həyata keçirirdi. Gəmi blokda fəaliyyət göstərən heç bir platformaya xidmət göstərmir və yanğın zamanı onların heç birinin yaxınlığında olmayıb", - deyə o qeyd edib.

Menecerin sözlərinə görə, yanğın nəticəsində xəsarət alan olmayıb, gəminin bütün ekipaj üzvləri yaxınlıqdakı gəmilərə uğurla təxliyə edilib və hazırda təhlükəsiz ərazidədirlər.

"Gəmi müqavilə ərazisindən təhlükəsiz məsafəyə aparılıb", - "bp-Azərbaycan"ın rəsmisi vurğulayıb.

"Report"un öz mənbələrindən əldə etdiyi məlumata görə, dalğıc gəmisi "Maritime Logistics Inc" şirkətinə məxsusdur.

***

Xəzər dənizində yanan gəmi ilə bağlı bəzi detallar məlum olub.

Avtosfer.az xəbər verir ki, yanğın "Caspian Power" gəmisində baş verib.

"Caspian Challenger" gəmisi vasitəsilə 40 nəfər təxliyə edilib. Gəminin mexanikinin və başqa bir nəfərin də yanıq xəsarətləri aldığı bildirilir.

(apa)

***

Fövqəladə Hallar Nazirliyinin (FJN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Xəzər dənizində sahildən təqribən 70 km məsafədə açıq dənizdə təchizat gəmisində yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.

Bu barədə Avtosfer.Az-a FHN-dən məlumat verilib.

Bildirilib ki, hadisə ilə əlaqədar dərhal aidiyyəti qurumlar məlumatlandırılıb, nazirliyin müvafiq qüvvələri də cəlb olunmaqla yanğın-xilasetmə əməliyyatına başlanılıb.

Həyata keçirilmiş tədbirlər nəticəsində yanan gəmidə olan heyət üzvləri yaxınlıqda olan digər gəmilərə təxliyə olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

Bakıda gəmidə yanğın baş verib.

Avtosfer.az xəbər verir ki, hadisə "Qərbi Çıraq" platformasının yaxınlığında qeydə alınıb. Yanğın gəminin mühərikindən başlayaraq, qısa müddət ərzində digər hissələrə də yayılıb.

Yanğın zamanı gəmidəki şəxslər təxliyə edilərək təhlükəsizliyə köçürüldü. Təxliyə prosesində digər bir gəmi istifadə edilib.

Yanğının səbəbləri hələlik məlum deyil, lakin müvafiq xidmətlər hadisə yerində təhlükəsizliyi təmin edir və yanğının tamamilə söndürülməsi üçün işlər davam etdirilir. Eyni zamanda, gəmidə baş vermiş ziyan və müvəqqəti təhlükəsizlik tədbirləri ilə bağlı araşdırmalar aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh