Brüssel-İrəvan aviareysini ildırım vurdu
Hadisə 30 Dekabr 2021 00:00 Oxunub 3630
Brüssel-İrəvan aviareysini ildırım vurdu

Brüsseldən İrəvana uçan təyyarəni ildırım vurub.

Nəqliyyat vasitəsi insidentdən sonra Belçika paytaxtına geri qayıtmaq məcburiyyətində qalıb.

İçərisində 180 sərnişin olan A-320 yerli vaxtla saat 13:55-də Brüsseldən havaya qalxıb.

Təxminən 7500 metr yüksəklikdə, Lüksemburq üzərində təyyarəni ildırım vurub. Pilotlar dərhal Brüsselə qayıtmaq qərarına gəliblər.

Uçuş 24 saat təxirə salınıb, sərnişinlər hava limanına yaxın otellərdə yerləşdirilib.

Mənbə: “Sputnik Armenia”

ŞƏRH YAZ
Ad

E-mail

Şərh